Quru meyvəli tort

Порций:   Время приготовления:

Əziz yeni tort axtarışında olan izləyicilərimiz, quru meyvəli tort reseptini sınamağa peşman olmayacaqsınız. Üstəlik hər kəs reseptini istəyəcək.

torto

Tərkibi:

 Xəmiri üçün: (hər korj üçün ayrılıqda)
  • 0,5 stəkan xama
  • 0,5 stəkan un
  • 1 dolu xörək qaşığı nişasta
  • 0,5 stəkan şəkər tozu
  • 1 ədəd yumurta
  • 1,5 çay qaşığı qabartma tozu
  • Ərik qurusu, qara gavalı qurusu, üzüm qurusu-hərəsindən bir stəkan
Kremi üçün:
  • 1 banka qatılaşdırılmış süd
  • 200 qr kərə yağı
  • 3/4 stəkan xama

Hazırlanması:

Xəmiri üçün bir qabda xama, yumurta,  şəkər tozu, un, nişasta və qabartma tozunu qarışdırın.Eyni reseptlə 2 korj daha bişirin.Hər korjun xəmirinə 1 stəkan yuyulmuş və xırda doğranmış quru meyvələr əlavə edin. (hər korja bir növ quru meyvə tökün). Korjları növbə ilə 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Kremi hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağını bir banka qatılaşdırılmış süd və xamayla yaxşıca çırpın. Korjları soyudun və krem yaxın. Zövqə görə korjları islada bilərsiniz(su və konyakla).Hər korja krem yaxıb üst-üstə düzün və soyuducuya qoyun.Tortu bəzəmək üçün kənarlarına xırdalanmış qoz səpin,üzərinə şokoladlı çipslər düzün. Zövqünüzə görə mətbəx  şprisi ilə qalan kremlə də bəzəyə bilərsiniz. Yaxud da elə quru meyvələrlə bəzək vermək olar. 

Nuş olsun!

torto

Əziz dostlar, kimyəvi qatqısız, təbi yolla qurudulmuş ən dadlı və cibinizə sərfəli quru meyvələrin ünvanı Ordubadi quru meyvələrini buradan sifariş edə bilərsiniz: Ordubadi quru meyvələri

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий