“Quş südü” tortu

Порций:   Время приготовления:

maxresdefaultQuş südü tortu ilk dəfə rus qənnadçı tərəfindən hazırlanıb. Bu tortun 50-dən artıq növü var.  Onlardan birinin hazırlanma qaydası ilə tanış olun.

Tərkibi:

  • 9 ədəd yumurta
  • 3 stəkan şəkər tozu
  • 200 qr kərə yağı
  • 1 stəkan ilıq süd
  • 2,5 stəkan un
  • 4 x/q  kakao
  • 2 paket vanil
  • 1 paket qabartma tozu
  • bir çimdik duz
Qlazur üçün
  • 1 st süd
  • 3 x/q kakao
  • 1 st şəkər tozu
  • 50 qr kərə yağı
     

Hazırlanması:

Yumurtaların ağını, sarısından ayırın. Sarısını 1,5 stəkan şəkər tozu və 1 paket vanil ilə birgə qarışdırın.  Əridilib, soyudulmuş kərə yağını da əlavə edib qarışdırmağa davam edin. Südü də tökün. Digər qabda un, kakao, qabartma tozu və duzu qarışdırdıqdan sonra yavaş-yavaş yumurtalı qarışımının üstünə səpin.  Qarışımı yağlı kalka kağızı ilə örtülmüş soba qabına tökün. 180 dərəcədə 20 dəqiqə bişirin. 

Bu müddətdə bir qabda yumurtanın ağını vanillə birgə  tam ağaranadək mikserlə qarışdırın. Qalan şəkər tozunu yavaş - yavaş qarışığa əlavə edin.  

Qarışımı sobadan çıxmış keksin üzərinə  basmadan yayın. 180 dərəcədə yenidən 5 dəqiqə bişirin. 

Sonda qlazuru hazırlayın. Qlazur bişirmək çox asan prossesdir. Belə ki, süd, kakao və şəkər tozunu kənarda qarışdırıb, orta odun üzərində bir müddət daim qarışdıraraq bişirin. Qatılaşan kimi, ocaqdan götürüb üzərinə yağı əlavə edin. Mikserlə qarışdırmağa gərək yoxdur, çünki, yağ qlazurun içərisində rahatlıqla əriyəcək.

Qlazur əvəzinə damla şokolad da əridib, istifadə edə bilərsiniz.

Qlazuru tortun üzərinə töküb, yayın. Budur Quş südü tortu hazırdır.

NUŞ OLSUN!


maxresdefault

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий