Quzu qabırğasında lülə

Порций: 4 nəfərlik   Время приготовления: 2 saat

Lule4Sobada bişirilən növbəti lülə reseptini Sizə təqdim edirik. Bu dəfə çöp yox, dadlı quzu qabırğası istifadə edəcəyik.

Tərkibi:

  • 500 qr doğranmış quzu qabırğası
  • 500 qr yağlı quzu əti
  • 2 baş soğan
  • yarım stəkan süd
  • 3 dilim çörəyin içi
  • duz, istiot, nanə qurusu, kəklikotu

Hazırlanma qaydası:

Qabırğaları hissələrə ayırıb, duz, istiot, nanə qurusu və kəklikotu səpib, basdırma edirik. 1 gün soyuducuda saxlayırıq. Quzu ətini, soğanı, süddə isladılmış çörəyin iç hissəsini ətçəkən maşından keçirib, duz və istiotlayırıq. Yaxşıca qarışdırıb, soyuducudan çıxardığımız qabırğaların üzərinə lülə şəkilində bərkidirik.  Hazırladığımız lülələri soba sinisinə düzüb, üzərinə biraz su tökürük. Folqa ilə bağlayıb, 200 dərəcədə 30-35 dəqiqə bişiririk. Sonra folqanı götürüb lülələr qızaranadək yenidən bişiririk. Quzu qabırğasında lüləni sobada bişirilmiş kartof və pomidorla süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!

Resept üçün Liza xanıma minnətdarıq.

LuleQabirga

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий