Rafaello

Порций: 12 ƏDƏD   Время приготовления: 1 SAAT

rafaelloRafaello, çoxlarının sevdiyi şirniyyatlar sırasındadır. Təqdim edəcəyim reseptlə evdə hazırladıqdan sonra əminəm ki, bir daha mağazadan alınmış Rafaello yeməyəcəksiniz. Hazırlanma qaydası olduqca asan, həmçinin də, cibinizə sərfəli...

Rafaellonun tərkibi:

  • 25 qr kərə yağı
  • yarım banka qatılaşdırılmış süd (squşonka)
  • 300 qr kokos yonqarı
  • 1 paket vanil
  • 12 ədəd araxis və ya fındıq

Hazırlanma qaydası:

Öncə yağı alçaq odda əridirik. Kənara qoyub, üzərinə qatılaşdırılmış süd əlavə edib, qarışdırırıq. Daha sonra vanil,  150 qr kokos yonqarını da töküb qarışdırırıq. 30 dəqiqə soyuducuda saxladıqdan sonra qaşıqla götürüb, içərisinə araxis və ya fındıq qoyub, əlimizlə yumurulayırıq. Düzəltdiyimiz topları  kokos yonqarına batırıb, yenə soyuducuya qoyuruq. 15 dəqiqə də gözlədikdən sonra ləzzətli rafaelloları süfrəyə verə bilərsiniz. NUŞ OLSUN!


RAFAELLO

ƏRİDİLMİŞ YAĞ

QATILAŞDIRILMIŞ SÜD

KOKOS YONQARI

RAFAELLO 1

rafaello

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий