“Raffaello” tortu

Порций: 12 dilim   Время приготовления: 3 saat
12662530_190899851266064_7820225533476973908_nRafaello tortunun hazırlanma qaydası ilə tanış olun.
 
 

Tərkibi:

  •  2 yumurta
  •  1 stəkan şəkər tozu
  •  200 qram kəsmik
  • 1 çay qaşığı soda
  •  ½ çay qaşığı duz
  • 1 stəkan un
Krem üçün:
  • 2 yumurta
  • 1 stəkan şəkər tozu
  • 1,5 xörək qaşığı un
  • 400-500 ml süd

 Hazırlanması:

 Bir qabda 2 yumurta və 1 stəkan şəkər tozunu çırpın. 200 qram kəsmik, 1 çay qaşığı soda, ½ çay qaşığı duz və 1 stəkan un əlavə edib yenidən çırpın. Ehtiyac varsa yenə un səpib, yoğurun. Hazırladığınız kütləni 8 hissəyə bölüb, 1 saatlıq soyuducuya qoyun. Krem üçün yumurta, şəkər tozunu qarışdırıb, un, süd əlavə edib, odun üzərinə qoyun. Qarışdıraraq qaynadın, odun üzərindən götürüb 200 qram kərə yağı əlavə edib yenidən qarışdırın. Krem soyuyan müddətdə kündələri soyuducudan çıxarıb,  oxlovla yayıb, 180 dərəcə isidilmiş sobada təxmini 5 dəqiqə  bişirin. Yuxalar bişdikdən sonra arasını kremləyib kokos səpin. Tortun üzərini zövqə görə bəzəyib, 5 saat otaq temperaturunda saxladıqdan sonra nuş edə bilərsiniz.
 tortrafaello tortu
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий