Rəvani

Порций: 1 sini   Время приготовления: 1,5 saat
  Məşhur türk şirniyyatı Rəvaninin hazırlanma qaydası çox asandır. Siz də, sınyaın.

Tərkibi:

  • 4 ədəd yumurta(otaq istiliyində)
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan xama(otaq istiliyində)
  • 1 stəkan maye yağ
  • 1 stəkan un
  • 2 stəkan manna yarması
  • 1 çay qaşığı soda
  • 3 damcı limon suyu
Şərbəti üçün:
  • 4,5 stəkan su4,5 stəkan şəkər tozu

Hazırlanması:

Bir qabda yumurta və şəkər tozu çırpıcı ilə qarışdırılır.(mikser istifadə edilmir). Digər ərzaqlar da qarışıma tökülür. Üzərinə  limon suyunda söndürülmüş soda əlavə edilir. Ələnmiş un və manna yarması əlavə edilib qarışdırılır. Xəmir yağlanmış və unlanmış soba sinisinə tökülür.180-190 dərəcə qızdırılmış sobada üzəri yaxşıca qızarana qədər bişirilir. Şərbəti üçün su və şəkər tozu ocağın üzərinə qoyulub 20-25 dəqiqə qaynadılır. İçərisinə 1 limon dilimi atılır. Soyumaq  üçün kənara qoyulur. Bişib soyuyan Revani dilimlənir və soyuq şərbət üzərinə gəzdirilir. Zövqə görə üstünü kokos yarması ilə bəzəyə bilərsiniz.
Nuş olsun!
13310360_1176788552352210_3043313373498610034_n
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий