Reyhan kompotu

Порций: 1 litr   Время приготовления: 1,5 saat

reyhan_tohumu_nas__l_ekilir_reyhan_tohumu_hangi_ayda_ekilir_mor_reyhan_tohumuƏn dadlı və ətirli göyərtilərdən sayılan reyhandan kompot hazırlandığını bilirdinizmi?

Tərkibi:

  • 1 dəstə reyhan
  • yarım stəkan şəkər tozu
  • 1 litr su
  • 1 x/q limon suyu

Hazırlanma qaydası:

Şəkər tozu ilə suyu bir qazanda qaynadırıq. Sonra ocaqdan götürüb, üzərinə təmizlənib, yuylmuş reyhan yarpaqlarını əlavə edirik. Yaxşıca qarışdırıb, limon suyunu da tökürük. Limon suyu əlavə edildikdən sonra reyhanın rəngi çıxacaq, və kompotun dadı daha da gözəl olacaq. Qazanın qapağını örtüb, 1 saat kənara qoyuruq. Sonra süzgəc vasitəsilə süzüb, ətirli kompotu soyuducuda saxlayırıq. Reyhan kompotu sərin halda içilir. Hətta xoş ətir və rəng qatmaq üçün digər kompotlara da əlavə edilə bilər.

NUŞ OLSUN!

Resept üçün Afaq xanıma minnətdarıq.


REYHAN KOMPOTU

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий