Şabalıdlı, balqabaqlı piroq

Порций:   Время приготовления:

Fərqli dadları sevənlər üçün, fransız mətbəxindən Şabalıdlı və balqabaqlı piroq resepti.

kashtan-pirog

 

Tərkibi:

  • 400 qr balqabaq püresi
  • 100 qr qovrulmuş şabalıd
  • 140 qr şabalıd unu
  • 140 qr un
  • 4 ədəd yumurta
  • 1 ç/q soda
  • 1 ç/q qabartma tozu
  • 40 qr kərə yağı
  • 200 qr şəkər tozu
  • 1 çimdik duz
  • 1 ç/q vanil

Hazırlanması:

Balqabağı kub şəkilində doğrayıb, 15 dəqiqə su hamamında yumşalanadək saxlayın. Şabalıdları da təmizləyib, yumşalanadək suda bişirin.Hər ikisini qarışdırıb, üzərinə 30 qr kərə yağı, 1 çimdik duz əlavə edin. Püre halına gələnədək qarışdırın. Sobanın temperaturunu 160 dərəcədə tənzimləyin. Bu müddətdə  iki növ unu, soda və qabartma tozunu birgə ələkdən keçirdin.  Digər qabda isə yumurta, şəkər tozu və vanili mikserlə çalın. Kütlə kifayət qədər qalxdıqdan sonra, üzərinə püredən və un qarışımından növbə ilə az-az əlavə edin. Sonda yumşaqxəmir alınacaq. Soba qəlibini yağlayıb, xəmiri içinə tökün.  Təqribi 45 dəqiqə bişirin. Piroqu soyudub, süfrəyə verin.

KASH

NUŞ OLSUN!

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий