Saç tökülməsinə qarşı ən effektiv maska

Порций: 100 ml   Время приготовления: 3 saat

Saç tökülməsi xanımların ən çox şikayətləndiyi problemlərdəndir. Buna səbəb əsəb, stress, hormonal problemlər, dəri xəstəlikləri və s. ola bilir. Payız fəsili isə saçların birinci düşməni sayılır. Ağacların yarpaqları kimi, saçlarımız da bu fəsildə tökülür. Bunun qarşısını almaq üçün ən ucuz və effektiv maska reseptini təqdim edirik.

massss

Maskanın tərkibi:

  • 3 x/q çobanyastığı qurusu
  • 3 x/q xırdalanmış dəfnə yarpağı
  • 100 ml su

Hazırlanma və istifadə qaydası:

Öncə xırdalanmış dəfnə yarpağı və çobanyastığı qurusunu qaynar suya töküb, qarışdırın. Kütləni 3 saat gözlətdikdən sonra, süzgəc vasitəsilə süzün. Saçınızın diblərinə və uclarına çəkib, yumadan bir neçəsaat saxlayın. Bu maskanı həftədə 2-3 dəfə istifadə edə bilərsiniz.

15-20 prosedurdan sonra tam nəticəni əldə edə biləcəksiniz. 

krasivie-volosi-298x300

 
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий