Sadə biskvit tortu

Порций:   Время приготовления: 2 SAAT

IMG_20150501_161005
Yəqin ki, şirniyyatı sevməyən insan yoxdur. Ən çox sevdiyim şirniyyatlar sırasında ilk yeri tort tutur. Həm də sadə biskvit tortu. Biskvit tortu xüsusən də, ad günü mərasimlərimizin əvəzolunmaz rəmzi sayılır. Son illərin tort trendi müxtəlif şəkər xəmirləri (marcipan) ilə bəzədilmiş tortlar sayılır. Lakin mən bu xəmirlərin dadını sevmirəm. Həmçinin orqanizmə zərərli olduğunu düşünürəm.

SADƏ BİSKVİT TORTu hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 5 ədəd yumurta
  • 175 qr şəkər tozu
  • 200 qr un
  • 2 ədəd vanil
  • 1 ədəd qabartma tozu
  • 200 qr kərə yağı
  • 1 qutu qatılaşdırılmış süd

Hazırlama prosesi:

Öncə yumurtanın ağını sarısından ayırırıq. Yumurtanın ağının üzərinə 1 çimdik duz töküb, mikserlə yaxşıca çalırıq. Üzərinə şəkər tozunu da əlavə edib beze halına gətiririk. Yavaş-yavaş yumurtanın sarısnı da əlavə edib bacardığımız qədər çox müddətdə mikserlə qarışdırırıq. 1 qaşıq vanili də bu qarışıma səpirik. Kənarda un və qabartma tozunu ələkdən keçiririk. Mikseri söndürüb, taxta qaşıqla unu yavaş- yavaş qarışıma əlavə edib qarışdırırıq. Xəmiri qaba töküb, artıq qızdırılmış sobada bişiririk. Sobalar müxtəlif olduğundan vaxtı və dərəcəni tövsiyə etməkdə çətinlik çəkirəm. Əminəm ki, öz sobanızın bişirmə funksiyasını düzgün ayarlaya biləcəksiniz.

Nəzərinizə çatdırım ki, biskvit xəmiri çoooox nazlı olur. Bəzi xanımlar xəmirin yetərincə qalxmamasından şikayətlənirlər. Bəzən isə əksinə bir çox peşəkar qənnadıçıdan biskvitə qabartma tozu vurmadan da çox gözəl şişdiyini eşidirəm. Keçək kremin hazırlanmasına. Bunun ən sadə üsulu yağ və qatılaşdırılmış süd qarışımıdır. Öncə yumuşaldılmış kərə yağını mikserlə çalıb, üzərinə qatılaşdırılmış süd və vanil əlavə edirik. 10 qəqiqə də qarışdırdıqdan sonra kremi soyuducuya qoyuruq. Biskvit bişdikdən sonra soyuması üçün biraz gözləyirik. Sonra sap və ya bıçaqla iki və ya üç dairəyə ayırırıq. Son zamanlar biskvit bölmək üçün xüsusi alət satılır. İstəsəniz onu əldə edib, işinizi asanlaşdıra bilərsiniz.

Kremi soyuducudan çıxarıb, biskvitin arasına əlavə edib, sonda üzərini və kənarlarını da kremləyirik. Üzərini zövqə görə bəzəyə bilərsiniz. Tortumuzu biraz gözlədib, süfrəyə vermək olar. IMG_20150501_161005 Növbəti dəfə sizinlə qazanda bişirilmiş biskvit tortunun reseptini bölüşəcəm. Həmçinin Siz də, bizimlə müxtəlif tort reseptlərinizi paylaşa bilərsiniz.

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий