Sadə Qəhvəli piroq

Порций: 10 dilim   Время приготовления: 1 saat

qehveli_piroqSoyuducuda tapdığınız ərzaqlardan dadlı  Qəhvəli piroq hazırlaya bilərsiniz.

Tərkibi:

  • yarım stəkan qatıq
  • 3 ç/q həllolan qəhvə
  • 2 yumurta
  • 1 stəkan şəkər tozu
  • 100 qr kərə yağı
  • 1 stəkan un
  • 1 ç/q qabartma tozu
Üzəri üçün:
  • 100 qr xama
  • 5 ç/q şəkər tozu
  • 5 ç/q hazır qəhvə

Hazırlanma qaydası:

Qatığın üzərinə qəhvəni, yumurta və şəkər tozunu töküb, mikserlə qarışdırın.  100 qr yumşaldılmış yağı da kütləyə əlavə edirik. Un və qabartma tozunu da qarışımın üzərinə ələyib, xəmir hazırlayın. Lazım olarsa, unu biraz artıra bilərsiniz. Xəmiri sona qabına töküb, 180 dərəcə isidilmiş sobada tam hazır olanadək bişirin. Piroqunuzun dadına xüsusi ləzzət qatmaq istəyirsinizsə  xama, şəkər tozu və qəhvəni qarışdırıb, krem hazırlayın. Kremi piroqun üstünə töküb, 1 saat gözlətdikdən sonra çay süfrəsinə verə bilərsiniz.

NUŞ OLSUN!


kofeli_piroq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий