Sadə və çox dadlı kəsmikli keks

Порций: 10 dilim   Время приготовления: 1,5 saat

DSCN2481-e1363018990452Çox sadə və ləzzətli kəsmikli keks hazırlayırıq.

Tərkibi:

  • 300 qr un
  • 150 qr kərə yağı
  • 300 qr şəkər tozu
  • 250 qr kəsmik
  • 3 yumurta
  • 1 çay qaşığı söndürülmüş soda

Hazırlanması:

Yumurtaları və şəkər tozunu mikserlə qarışdırın. Üzərinə kəsmik və kərə yağını da tökün. Limon suyunda söndürülmüş sodanı da qarışdıraraq əlavə edin. Unu da yavaş-yavaş tökərək, xəmir hazırlayın. Xəmiri diametri 25-27 sm olan soba sinisinə töküb, 180 dərəcə isidilmiş sobada 45 dəqiqə bişirin. Keksin üzərini zövqə görə bəzəyib,süfrəyə verin. Nuş olsun!
13624551_916346665178229_958296364_n
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий