Şaftalı pirojnası

Порций: 12 ədəd   Время приготовления: 1.5 saat
 13254291_1167470149950717_220067648100610158_nÖtən illərin ən məşhur toy və nişan şirniyyatı "Şaftalı" pirojnası...
 

Tərkibi:

  •  1 çay qaşığı vanil
  • 80 qr kərə yağı
  • 3,5 stəkan un
  • 1 çay qaşığı qabartma tozu
  • 1 stəkan şəkər tozu
  • 2 xörək qaşığı xama
  • 2 yumurta
Arasına yaxmaq üçün:
  • 1 qab qaynadılmış qatılaşdırılmış süd
  • 70 qr qoz (və ya şokolad yağı)
Rəngləmək üçün:
  • 2 ədəd yerkökü
  • 70 qr qəhvəyi şəkər tozu
  • 1 ədəd çuğundur

Hazırlanması:

Öncə, yumurtaları, şəkər tozu və vanillə mikserlə çalın. Kərə yağı və xama töküb, qarışdırmağa davam edin. Unun yarısını və qabartma tozunu kütlənin üzərinə ələyib, mikserlə çalaraq, yumşaq xəmir hazırlayın. Qalan unu da əlavə edib, əllə yumşaq xəmir yoğurun.Xəmiri 24 ədəd kündəyə bölüb, əlinizlə yuvarlayıb yastıladın. Yağlı kağız sərilmiş soba sinisinə düzüb, 190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.Soyuyan pirojnaların içini birazca oyun. Krem üçün qaynadılmış qatılaşdırılmış südü xırdalanmış qozla qarışdırın. Pirojnaların yarısının içinə krem qoyub, cüt-cüt yapışdırın. Üzəri üçün yerkökü və çuğunduru təmizləyib, bişirib, suyunu sıxın.  Şaftalıların 2/3 hissəsini yerkökü suyuna, qalan hissəsinı çuğundur suyuna bulayıb, şəkər tozunda yuvarlayın. Pirojnalar hazırdır.

Nuş olsun!


13254291_1167470149950717_220067648100610158_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий