Салат оливье

Порций: 8 -10   Время приготовления: 60 dəq

olivye_salat2Bu gün paytaxt salatı reseptiylə bölüşürük. Olivye ve ya Stolichniy kimi daha yaxşı tanınan bu salat ənənəvi olaraq bütün keçmiş Sovetlər respublikalarında xüsusi yer tutur. Bu salat həm bayram həmdə yeni il süfrələrini bəzəyir.

Ərzaqlar:

  • 4 yumurta
  • 4 kök
  • 4 kartof
  • 3-4 duzlu xiyar
  • 1 ədəd təzə xiyar (orta ölçüdə)
  • 200-300 qr bişmiş ət
  • 0,5 (qırmızı) soğan
  • 200 qr yaşıl noxud
  • Mayonez
  • 0,5 dəstə keşniş 
  • 0,5 dəstə şüyüd

Hazırlanması:

Yumurtaları yuyun, kartofu və kökü əvvəlcədən təmizləyin, qaynadın.

Tərəvəzləri həddən artıq bişirməyin ki doğrayanda əzilməsin. Əti duzlu suda bişirin və soyudun.

Bütün tərəvəz və yumurtanı eyni ölçüdə doğrayın. Soğanı, şüyüdü və keşnişi incə və gözəl doğrayın. Noxud əlavə edin.

Ərzaqları qarışdırın və 1 saatlıq soyuducuya qoyun. Mayonezi salatı masaya təqdim etdikdə əlavə edin ki, salat təzə qalsın və su verməsin.

Mayonez sevməyənlər Olivye salatına xama əlavə edə bilər. Salatı soyuducuda 2 gündən artıq saxlamayın.

Nuş olsun!!!


salat olivye

salat olivye 2 salat olivye 3 salat olivye 4 salat olivye 5 salat olivye 6 salat olivye 7

  salat olivye ingredientisalat olivye 8olivye_salat4

Метки записи: ,
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий