Şanti Kreminin ev şəraitində hazırlanması

Порций:   Время приготовления: 30 dəqiqə
13129661_967728849989006_1350081708_nBu möcüzəvi kremi bütün şirniyyatların, həmçinin dondurmanın hazırlanmasında  istifadə edə bilərsiniz.
 

Tərkibi:

  • 2 yumurta ağı (qətiyyən sarısı qarışmamalıdır)
  • 1 çay qaşığı limon suyu
  • 1 stəkandan bir barmaq əskik şəkər tozu
  • bir çimdik duz
  • 1 paket vanil

Hazırlanması:

Öncə geniş bir qazana su töküb qaynadırıq. Qazanın içinə yerləşəcək başqa bir qab qoyuruq. Su qazana toxunmamalıdır.  Qaba yumurta ağını, limon suyunu, şəkəri və duzu qatıb, qarışdırırıq. Elə su hamamındaca, qarışımı 7 dəqiqə mikserlə çalırıq. Sonra su hamamından götürüb, bir paket vanil əlavə edib 2 dəqiqə də mikserlə çalırıq. Hazır Şanti kremini 1 saat soyuducuda soyuduruq. İstənilən tort və kekslərin bəzədilməsində istifadə edirik.

NUŞ OLSUN!


 13129661_967728849989006_1350081708_n
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий