Səbzi-qovurmalı plov

Порций: 6 nəfərlik   Время приготовления: 3 saat

səbzi qovurma

Əziz kulinarlar, diqqətinizə Azərbaycan mətbəxinin sevilən plov növü sayılan Səbzi-qovurmalı aşı çatdırırıq. Doyumlu olduğu qədər həm də çox faydalıdır. Əslində səbzi qovurmanı hazırlamaq üçün konkret resept yoxdur, yəni göyərtini zövqünüzə görə seçə bilərsiniz.

Səbzi qovurmalı plovu bişirmək üçün istifadə olunan ərzaqlar:

  • 1 dəstə cəfəri
  • 1 dəstə keşniş
  • 1 dəstə kəvər
  • 1 ovuc ispanaq
  • 500 qr dana əti (qoyun əti də olar)
  • 3 baş soğan
  • 2 qaşıq ərinmiş kərə yağı
  • duz, istiot
Plov üçün
  • 500qr uzun düyü
  • 150 qr əridilmiş kərə yağı
  • 1 x/q türmerik
Qazmaq üçün
  • 2yumurta
  • 1qaşıq xama
  • 5 qaşıq süzülmüş düyü
  • duz, istiot

Hazırlanma prossesi

Öncə əti kiçik ölçülərə bölüb yüksək odda, suda bişiririk. Bişirərkən içərisinə 1 baş soğanı qabığıdan təmizləyib atırıq ki, ətin qoxusunu özünə çəksin. Ətin kəfini yığandan sonra, qazanın qapağını bağlayıb orta odda yaxşıca bişiririk. Tam bişdikdən sonra soğanı ətin içərisindən götürüb atırıq. Kənarda digər soğanları yarımhalqa formasında doğrayıb, bol yağda qızardırıq.

Üzərinə bişmiş əti, biraz bulyon və orta ölçüdə doğradığımız göyərtini əlavə edirik. Zövqə görə duz və istiot səpib yağa düşənədək bişiririk. Səbzi- qovurma hazırdır.

İndi keçək plovun hazırlanmasına. Bunun üçün düyünü duz əlavə olunmuş ilıq suya tökürük və aşı hazırlayacağımız qazana su doldurub qaynamağa qoyuruq. Su yaxşıca qaynayanda içinə duz və artıq yuyulmuş düyünü elavə edirik. Düyü tam bişməmiş ocaqdan götürüb süzürük.

Süzdüyümüz düyüdən 5 xörək qaşığını, yumurta və   xama ilə qarışdırıb qazmaq formasında qazanın dibinə yayırıq.

Üzərinə qalan düyünü, türmeriki və 150 qr ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyuruq. 40 dəqiqəyə plovumuz da hazırdır.

Səbzi- qovurmalı plovu isti halda süfrəyə verə bilərsiniz.

Nuş olsun!


göyərtisoğançasoğandüyüqazmaq

[caption id="attachment_3254" align="alignnone" width="300"]aş aş[/caption]  
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий