Şəkər çörəyi

Порций: 20 ədəd   Время приготовления: 2 saat

şəkər çörəyiŞəkər çörəyi Azərbaycan milli şirniyyat növlərindən biridir.

Tərkibi:

  • 250 qr kərə yağı
  • 1 stəkan şəkər tozu və ya pudrası
  • 1 ədəd yumurtanın ağı
  • 2 stəkan un
  • 1 ç/q vanil
  • yarım ç/q qabartma tozu
Üzəri üçün
  • yumurta sarısı

Hazırlanma qaydası:

1 Yumuşaldılmış kərə yağı və şəkər tozu (pudrası) mikser vasitəsilə çalınır. Üzərinə vanil də qatılır. 10 dəqiqə də qarışdırdıqdan sonra yumurta ağı  tökülür. Qarışımı biraz da çaldıqdan sonra üzərinə qabartma tozu da əlavə edirik. Unu yavaş- yavaş  töküb, xəmir yoğrulur. 

2 Hazır xəmirdən kiçik ölçülü təpəcikər düzəldib, baş hissəsinə yumurta sarısı çəkilir. 170 dərəcəlik sobada 25 dəqiqə bişirilir. Bişdikdən sonra isti və ya soyuq halda çay süfrəsinə vermək olar. 

NUŞ OLSUN!


 şəkər çörəyi

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий