Şəkərbura

Порций: 40 ədəd   Время приготовления: 3 saat

şəkərburaQarşıdan bahar bayramı Novruz gəlir. Artıq 1 həftə sonra ilk çərşənbə axşamını qeyd edəcəyik. Odur ki, Novruz şirniyyatları hazırlamaq vaxtıdır. Bayramın rəmzlərindən olan Şəkərbura reseptini sizə təqdim edirik.

Şəkərburanın tərkibi:

  • 1 kq un
  • 2 ədəd yumurta
  • 250 qr kərə yağı
  • 2 x/ q xama
  • 1 stəkan süd
  • yarım çay qaşığı quru maya
  • 1 çimdik duz
  • 1 paket vanil

İçlik üçün

  • yarım kq şəkər tozu
  • yarım kq təmizlənmiş fındıq
  • 1 çimdik hil

Bəzəmək üçün

  • maqqaş

1. Un və kərə yağını ovub, umac halına gətiririk. Növbə ilə yumurtanı, xamanı, duzu,  şəkər tozunu, südü, mayanı və vanili əlavə edib əlimizlə xəmir yoğururuq. Xəmir quru alınsa, əlinizi südə batırıb islada və yenidən yoğurmağa davam edə bilərsiniz. Xəmiri kündə halına gətirib, üzərinə dəsmal örtürük. 30 dəqiqə gözlədirik.

2. Bu vaxt ərzində içlik hazırlayırıq. Qovrulmuş və qabığı soyulmuş fındığı (qoz və ya badam da olar)  sürtgəcli maşından keçirib, üyüdürük. Üstünə şəkər tozunu və ətirli olması üçün hil əlavə edib qarışdırırıq. İçlik hazırdır.

3. Xəmiri 40 kiçik kündələrə bölürük. Kündələrin qurumaması üçün, üzərini örtürük. Hər kündəni oxlovla kiçik dairələrə yayırıq. Dairələrin arasına içlik qoyub, kənarları bərkidirik.  Sonra vintvari şəkildə ehtiyyatla bükürük.

4. Şəkərburaları  kalka kağızı sərilmiş soba qabına yığırıq. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyirik. Şəkərburaları  sobada təxminən 20 dəqiqə 180 dərəcədə ərzində kənarları bir az qızarana kimi bişiririk.

Nuş Olsun!

şəkərbura
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий