Şekerpare

Порций: 2 sini   Время приготовления: 4 saat

ShekerpareLimon ətirli Şəkərparə resepti ilə tanış olun.

Tərkibi:

Xəmir üçün:
  • 2 st un
  • 125 qr yağ
  • 1 yumurta
  • 100 qr şəkər kirşanı
  • 2 x.q manna yarması
  • 1 ç.q  qabartma tozu
  • 1 ç.q vanil
Şərbət üçün:
  • 3 stəkan su
  • 2 stəkan şəkər tozu
  • yarım limon
Üstü üçün:
  • 1 ədəd yumurtanın sarısı

Hazırlanma qaydası:

Öncə şərbəti hazırlayırıq. Su və şəkər tozunu qaynadıb, üzərinə limon suyu əlavə edirik. 5 dəqiqə də qaynadıb, ocaqdan götürürük.

Xəmir üçün nəzərdə tutulmuş bütün ərzaqları bir qaba əlavə edib, yavaş-yavaş üzərinə un əlavə edirik. Yumşaq xəmir yoğururuq. Xəmirdən qoz böyüklüyündə kündələr düzəldilir. Kündələr zövqə görə oval və ya dairə şəkilinə gətirilir. Üzərinə yumurta sarısı çəkilir. Şəkərparələrin üstünə çəngəllə cızıqlar ata və ya fındıqla bəzəyə bilərsiniz. Daha sonra siniyə düzülüb, 180 dərəcə qızdırlmış sobada üstü qızaranadək bişirilir. Sobadan cixardıqdan 2 dəqiqə sonra, üzərinə ilıq şərbət gəzdirilir. 2-3 saat gözlətdikdən sonra ləziz Şəkərparələr çay süfrəsinə verilə bilər.

NUŞ OLSUN!

Resept üçün Liza xanıma minnətdarıq.


Shekerpare

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий