Sezar salatı

Порций: 3 NƏFƏRLİK   Время приготовления: 1 SAAT

SEZAR SALATIİtaliya öz zəngin mətbəxi ilə daim dünya xalqlarının diqqət mərkəzində olub.  Məşhur " Sezar" salatı da bu qəbildəndir. Bu doyumlu və az kalorili salatın çox maraqlı yaranma tarixi var.  Əslində  salat, Roma imperiyasının hökümdarının deyil, onu ilk dəfə hazırlayan italiyalı aşbazın şərəfinə Sezar adlandırılıb. Belə ki, ABŞ-da yaşayan Sezar Kardininin restoranına gecənin bir yarısı müştərilər axışıb, yemək tələb edirlər. Peşəkar aşbaz, mətbəxində qalan bir neçə ərzaqlardan salat hazırlayır.  Uzun illər bu salat Kulinar müsabiqələrdə birinciliyi qazanır. Günü bugün də, 20- dən artıq növü olan Sezar salatı aktuallığını itirmir.

Sezar salatının tərkibi:

  • 1 böyük dəstə kahı
  • 1 toyuğun döş əti
  • 2 ədəd yumurta
  • 10 ədəd kiçik ölçülü pomidor (çerri)
  • 100 qr parmezan pendiri(tapmasanız adi holland pendiri ilə əvəz edin)
  • 100 qr kub şəkilində doğranmış suxarı
Sous üçün
  • 6 x/q bitki yağı
  • 1 ədəd limonun suyu
  • 1 x/q mayonez
  • 2 diş sarmısaq

Hazırlanma qaydası:

1 Sezar salatına xüsusi ləzzəti sous verir. Odur ki, öncə sousu hazırlamaq lazımdır. Yağ, mayonez və limon suyunu bir qaba töküb, qarışdırırıq. Üzərinə rəndələnmiş sarmısaq da əlavə edirik. Sous hazırdır.

2 Toyuğun döş ətini kub formasında doğrayıb, qızardırıq. Eləcə də çörəyi eyni ölçüdə doğrayıb, sobada suxarı halına gələnədək bişiririk. Yumurtanı da qaynadıb, qabığını təmizləyirik.

3 Kahını orta ölçüdə doğrayıb, salat hazırlayacağımız qaba tökürük. Üzərinə bir neçə qaşıq sous əlavə edirik. Daha sonra, suxarı, qızardılmış əti tökürük. Orta ölçüdə doğranmış yumurta və pomidoru da əlavə edirik. Doğranmış pendiri səpib, bütün sousu  salatın üzərinə tökürük. Zövqə görə duz və istiot da səpmək olar. Salat hazırdır.

NUŞ OLSUN!


SOUSPARMEZANKAHISUXARIPOMİDORSEZAR SALATI

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий