Şah plov

Порций:   Время приготовления:

Son 2 ildə qonaqlıq süfrələrimizin olmazsa olmazına çevrilən şah plov bişirəcəyik. Hazırlanma prossesi biraz çətin və uzun olsa da şah plovu süfrəyə verərkən qonaqların xoş təəccübü bütün yorğunluğu unutdurur.

Azərbaycan xörəklərinin əksəriyyəti çox kalorilidir. Bunu əcdadlarımızın həyat tərzi ilə bağlamaq olar. Belə ki, qədimdə yağlı plov yedikdən sonra kişilər at çapar, ov ovlayar, xanımlar paltar yumaq, evə su gətirmək üçün gün ərzində dəfələrlə yaxınlıqda olan çayın sahilinə enərmişlər. Bu fiziki gərginliyin qarşısında yeyilən yağli yeməklər də orqanizmdə tez həll olurdu. Artıq texnika dövründə yaşayırıq. Müxtəlif mətbəx robotları, avtomobillər həyatımızı kifayət qədər asanlaşdırıb. Ona görə də təklif edirəm ki, xolesterol və digər xəstəliklərdən uzaq olmaq üçün yağı gündəlik həyatımızda tədricən azaldaq.

Şah plovu hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 1kq 200 qr uzun düyü
  • 1kq quzu əti
  • 4 ədəd ortaölçülü soğan
  • 400 qr əridilmiş kərə yağı
  • Şabalıd, ərik qurusu, alça qurusu
  • Lavaş
  • Zəfəran
  • Duz, istiot

Düyünü yuyub, bir müddət duzlu suda saxlayırıq. Qazana su töküb, qaynamağa qoyuruq. Su qaynayanda üzərinə duz və düyünü əlavə edib, bişiririk. Tam hazır olmamış düyünü süzürük. Quzu ətini kiçik hissələrə bölüb suda bişiririk. ət bişəndən sonra yağda qızarmış soğanın üzərinə əlavə edirik. Həmçinin artıq təmizlənib, bişirdiyimiz şabalıdı, ərik və alça qurusunu da ətin üzərinə töküb bişiririk. Şah plovu sobada çuğun və ya teflon qazanda dəmləmək lazımdır. Əgər teflon qazan istifadə edəcəksinizsə tutacaqları xüsusi alətlə qazandan ayirin ki, sobada əriyib yanmasın.

plov plov Shah plovShah plov

Beləliklə, qazanın içərisini və lavaşların hər iki üzünü yağlayırıq. Lavaşları ehtiyyatla qazanın içərisinə qoyub, əlimizlə kənarlarına yapışdırırıq. Növbə ilə lavaşın üzərinə düyü və xuruşu səpirik. Sonra qalan düyünü də töküb, üstünə yağ və zəfəran suyu gəzdiririk. Lavaşı ehmalca bağlayıb, 200 dərəcədə 1 saat bişiririk. Əgər sobanız kiçikdirsə folqa ilə qazanın üzərini bağlayın ki, lavaş yanmasın. 1 saat sonra qazanı sobadan götürüb, üzərinə böyük bulud qoyuruq, ehtiyyatla qazanı çeviririk. Budur, Şah plovumuz hazırdır. Şah plovusüfrəyə verərkən, istədiyiniz formada kəsə bilərsiniz. Nuş olsun.

plovqazmaq plov  plovplov plov

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий