Şuba salatı

Порций: 8 nəfərlik   Время приготовления: 2 saat

ŞUBA SALATIƏziz dostlar, bugün Şuba salatı hazırlayacağıq. Bu təam süfrələrimizə slavyan mətbəxindən gəlib. Çəngəllə kəsib, götürülən zaman sürtgəcdən keçirilmiş tərəvəzlər kürkü (şuba) xatırlatdığı üçün salat məhz bu adı daşıyır.

Şuba salatının bir neçə növü var. Ən asan başagələn resepti sizə təqdim edirəm.

Şuba salatının tərkibi:

  • 3 ədəd kartof
  • 4 ədəd yerkökü
  • 2 ədəd yumurta
  • 3 ədəd çuğundur
  • duzlu  və ya hisə verilmiş balıq
  • mayonez
  • duz,istiot Bəzək üçün
  • nar dənələri
  • göyərti

Hazırlanma qaydası:

Tərəvəzlər və yumurtaları bişirib, qabığından ayırırıq. Sonra bu ardıcıllıqla hazırlayacağımız qaba sürtgəcdən keçiririk.
  • 1  Kartof, duz, istiot, mayonez
  • 2  Yumurta, duz istiot, yerkökü, duz istiot mayonez
  • 3  Kiçik ölçüdə doğranmış duzlu balıq, çuğundur, duz istiot, mayonez.
Salatın üzərini zövqə görə bəzəyə bilərsiniz. Mən şəkildəki formada hazırladım. NUŞ OLSUN!
ŞUBA SALATI  
Метки записи:
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий