Şifon biskvit

Порций:   Время приготовления:

Şifon biskvit bilirsinizmi nədir? Olduqca həcmli, bir o qədər də yumşaq və nəm bişkvitin adı. Artıq tortlarınız üçün ideal biskvitin hazırlanma qaydasını biləcəksiniz.

shif

Tərkibi:

  •  200 qr un
  • 5 ədəd yumurta
  • 1 ədəd yumurta ağı
  • 210 qr şəkər tozu
  • 2,5 çay qaşığı qabartma tozu
  • 0,5 çay qaşığı duz
  • 135 ml su
  • 90 ml zeytun yağı
  • 1/4 çay qaşığı limon duzu

Hazırlanması:

Öncə otaq temperaturunda olan yumurtaların sarısını ağından ayırın. Bir qabda un və duzu qarışdırın, üzərinə 160 qr şəkər tozu və qabartma tozu əlavə edib qarışdırmağa davam edin. Un qarışığının ortasını açıb yumurta sarısını, su və yağı əlavə edin. Tel çırpıcı və ya mikserlə təxminən 1 dəqiqə çalın. Başqa bir qabda yumurta ağını ağaranadək mikserlə qarışdırın. Limon duzu əlavə edib yaxşıca çalmağa davam edin. Qalan şəkər tozunu da əlavə edib, qarışdırın. Yumurta ağı kütləsini xəmirə əlavə edin və taxta qaşıqla ehtiyatla qarışdırın.  Diametri 24-26 sm olan formaya yağlı kağız sərib, xəmiri tökün. Biskviti 160-170 dərəcə qızıdırılmış sobada təxminən 50 dəqiqə bişirin.

Ideal Biskvit Bishirmeyin 4usulu1

Nuş olsun!

Bizim digər biskvit reseptlərimizi də sınayın: Unsuz və mannasız biskvit

                                                                      İdeal biskvitin 4 resepti

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий