Simit

Порций:   Время приготовления:

SimitÇay süfrəsində, səhər yeməyində, günün hər vaxtında yeyilən bol küncütlü simiti evdə özünüz hazırlaya bilərsiniz.

Tərkibi:

  • 3,5 stəkan un
  • 1 / 2 stəkan su
  • 1 stəkandan 2 barmaq əskik ilıq süd
  • 1 ədəd yumurta
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 dolu çay qaşığı duz
  • 1 /2 paket toz maya
Üzəri üçün:
  • 1 / 2 stəkan doşab (bəkməz)
  • 1 stəkan su
  • 1 stəkan küncüt (qovrulmuş)

Hazırlanma qaydası:

Öncə geniş bir qabın içərisində doşab və suyu yaxşıca qarışdıraraq hazır edin. Geniş və dərin bir qabın içərisinə unu ələyin. Ələdiyiniz unun üzərinə süd, su, maya, yağ, duz və yumurtanı əlavə edib xəmirinizi hazırlayın və üzərini örtüb təxminən 20 dəqiqə mayalanmağa qoyun.Mayalanan xəmirdən qoz böyüklüyündə tikələr qoparıb simit şəkli verərək əvvəl doşablı suya sonra da küncütə batıraraq sobaya düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.


12910156_853020168177546_1321695637_n12899783_853070091505887_1182424670_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий