Şirin çörək

Порций: 2 ədəd   Время приготовления: 4 saat

şirin çörək 2Bayram günlərində bişirilən çörək növlərindən biri də Şirin çörəkdir. Bu çörək günün istənilən vaxtı hər kəsin məmnuniyyətlə yediyi şirniyyatdır.

Şirin çörəyin tərkibi:

Xəmir üçün
  • 6 stəkan yarım un
  • 1 stəkan şəkər tozu
  • 2 stəkan yarım ilıq süd
  • 1 x/q sarıkök
  • yarım ç/q duz
  • 1 ç/q maya
  • 1 ədəd yumurta
  • 200 qr əridilmiş və soyudulmuş kərə yağı
Üzəri üçün
  • yumurta sarısı
 

Hazırlama qaydası:

1 Südü bir qaba töküb, ocağın üzərində ilıq olanadək qızdırın. Üstündən bir stəkan götürüb, içərisinə quru maya töküb, həll edin. 10 dəqiqə ərzində köpüklənməyə qoyun.  Bun müddət ərzində unu ələyib, üzərinə sarıkök, şəkər tozu və duz səpib, qarışdırın.  Daha sonra yumurta, yağ və mayalı südü də tökün. Qalan südü də yavaş-yavaş səpərək,xəmir yoğurun. Xəmir öncə əlinizə yapışa bilər, lakin yoğurduqca biraz bərkiyəcək. Xəmirin üzərinə dəsmal səpib, odealla bağlayın. 3 saat ərzində acımağa qoyun.

2 Vaxt tamam olduqdan sonra, xəmiri iki kündəyə ayırıb, soba qabına qoyun. Üzərinə dəsmal örtüb, 1 saat da gözlədin. Sonra üzərinə yumurta sarısı çəkib, çəngəlin dişləri və ya qaşıqla bəzək verin. 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin. Şirin çörək səhər yeməyi üçün də ideal seçimdir.

NUŞ OLSUN!


şirin çörək

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий