“Şirin Fantaziya” tortu

Порций:   Время приготовления:

13086_1566357656979493_5853495569922302885_n

Tərkibi:

Xəmir üçün:
  • 200 qr kərə yağı
  • 200 qr xama
  • 2 stəkan şəkər tozu
  • 2 ədəd yumurta
  • 1 ç/q soda
  • 3 stəkan un (artırmaq və ya azaltmaq da olar)
Krem üçün:
  • 1 qab bişirilmiş qatılaşdırılmış süd
  • 100 qr kərə yağı
  • 100 qr damla şokolad
  • 100 qr qızardılmış qoz və ya araxis

Hazırlanması:

Öncədən kərə yağını soyuducudan çıxardım yumşalmağa qoyuruq. Yumurtaları mikserlə çalırıq. Üzərinə şəkər tozunu əlavə edib, çalmağa davam edirik. Yumurtalı kütlənin üzərinə xama və yumşaldılmış kərə yağı da tökürük. Un, limon suyu və ya sirkədə söndürülmüş sodanı da qarışıma əlavə edib, xəmir yoğururuq. Xəmiri sellofana büküb, 30 dəqiqə soyuducuda saxlayırıq. Vaxt tamam olanda xəmiri soyuducudan çıxardıb, 3 kündəyə ayırırıq. Kündələri oxlovla dördbucaqlı şəkilində yayırıq. Yuxaların kənarlarını səliqə ilə kəsib, qızaranadək bişirdikdən sonra ovuntu halına gətirib, bəzək kimi istifadə edəcəyik. Yuxaları soba sinisinə qoyub, çəngəllə bir neçə yerindən deşik açırıq. 180 dərəcə isidilmiş sobada təqribən 10 dəqiqə bişiririk.

İndi isə kremi hazırlayaq. Öncə şokoladı su hamamında əridirik. Bişirilmiş qatılaşdırılmış süd, əridilmiş şokolad və yumşaldılmış kərə yağını mikserlə çalırıq. Qoz və ya araxisi isti tavada qızardıb, qabğığnı təmizləyirik. Xırda-xırda doğrayıb, kremə əlavə edib, qarışdırırıq. Yuxaları üst-üstə qoyub, aralarını kremləyirik. Sonuncu yuxanı qoyduqdan sonra tortun üstünü və kənarlarını da kremləyirik. Üzərini zövqə görə rəndələnmiş şokoladla bəzəmək olar. Torumuzu 2-3 saat soyuducuda saxladıqdan sonra süfrəyə veririk.

Nuş olsun!


10981956_1566357590312833_3068116251880125804_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий