Şirniyyatlarınız üçün ideal “Beşdəqiqəlik” krem

Порций:   Время приготовления:

Əlinizin altındakı ərzaqlardan 5 dəqiqəyə hazır olan ləziz krem hazırlayın. Bu kremin dadı sizi uşaqlığınıza aparacaq.

Tərkibi:

  • 250 qr yumşaldılmış kərə yağı 
  • 200 qr şəkərkirşanı
  • 100 ml süd
  • 1 paket vanil

Hazırlanması:

Südü qaynadıb, otaq temperaturunda soyudun. Üzərinə digər ərzaqları əlavə edib, 5 dəqiqə mikserlə çalın. Krem hazırdır. İstənilən tort və digər şirniyyatların bəzədilməsində istifadə edə bilərsiniz.

NUŞ OLSUN!

 
KREM
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий