Snikers qurabiyəsi

Порций:   Время приготовления:

13714378_920654071414155_866763813_nSnikers tortu və şokoladının dadı hər kəsə məlumdur. Bugün isə Snikers qurabiyəsi reseptini təqdim edəcəyik.

Ərzaqlar:

Xəmiri üçün:
  • 150 qr kərə yağı
  • 150 şəkər tozu
  • 150 qr araxis pastası və ya kremi
  • 3 yumurta
  • 315 qr un
  • 1,5 çay qaşığı qabartma tozu
  • 75 qr araxis(yer fırstığı)
Karameli üçün:
  • 150 qr şəkər tozu
  • 75 qr kərə yağı
  • 1/2 çay qaşığı duz
  • 150 qr qaymaqlı iris

Hazırlanması:

 Xəmiri üçün yumşaldılmış kərə yağını şəkər tozu ilə mikserlə çırpın. Çırpmağa davam edərək araxis pastasını əlavə edib, yumurtaları bir-bir üzərinə sındırın. Ələnmiş unu qabartma tozu ilə qarışdırıb çaldığınız kütlənin üzərinə töküb, xəmir yoğurun. Araxisi bıçaqla xırda doğrayıb, xəmirə tökün. Xəmiri sellofana büküb, 10 dəqiqəlik soyuducuda gözlədin. Qoz böyüklüyündə kündələr qoparıb, 8 mm-lik toplar düzəldin. Əlinizlə yastıladaraq yağlı kağız sərilmiş siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirib, soyudun. Karameli üçün balaca qazana şəkər tozunu və kərə yağını töküb zəif odda qızılı rəng olanadək qarışdırın. Duz və xırda doğranmış iris əlavə edib qarışdıraraq əridin. Karameli kənarda soyudun. Peçenyelərin birinin üzərinə karameli yaxıb qalan peçenye ilə sendviç kimi örtün.Üzərini ziqzaq bəzəyib qalan araxislə bəzəyin. Peçenyeni soyuducuda karameli soyuyanadək saxlayın.

Nuş olsun!

13714378_920654071414155_866763813_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий