“Snikers” tortu

Порций:   Время приготовления:

13423961_260081724347876_4227950080696898329_nKlassik Snikers tortu reseptini təqdim edirik.

 

 

Tərkibi:

Xəmir üçün:
  • 5 ədəd yumurta
  • 180 qr şəkər tozu
  • 170 qr un
  • 1 ç/q qabartma tozu
  • 2 x/q qarğıdalı nişastası
Krem üçün:
  • 1 qab bişirilmiş qatılaşdırılmış süd
  • 200 qr kərə yağı
  • 200 qr araxis
  • 180 qr kreker peçenyesi
Qlazur üçün:
  • 150 qr südlü şokolad
  • 1 x/1 bitki yağı
Bəzədilməsi üçün:
  • xırda doğranmış araxis
 

Hazırlanması:

Öncə biskviti bişiririk. Bunun üçün yumurtaların ağını sarısından ayırırıq. Yumurtanın ağını 5 dəqiqə mikserlə çalırıq. Üzərinə yavaş-yavaş şəkər tozu əlavə edərək, qarışdırmağa davam edirik.  Yumurtaların sarısını da kütləyə töküb, mikserin aşağı sürətində çalmağa davam edirik. Kənarda un, nişasta və qabartma tozunu qarışdırıb, bir neçə dəfə ələyirik.  Qarışımızn üzərinə ehtiyatla tökərək taxta qaşıqla aşağıdan yuxarı doğru yavaş-yavaş qarışdırırıq.  Xəmiri perqament kağızı sərilmiş biskvit formasına töküb, 160 dərəcə isidilmiş obada 25-30 dəqiqə bişiririk.

Biskvit bişən müddətdə krem hazırlayırıq. Araxisi isti tavada qovurub,qabığından təmizləyirik. Krekeri əlimizlə kiçik hissələrə bölürük. Kərə yağı ilə bişmiş qatılaşdırılmış südü mikserlə yaxşıca çalırıq. Üzərinə araxis və kreker parçalarını töküb, yenidən qarışdırırıq. Krem hazırdır.

Bişmiş biskviti şoyudub, ortadan eninə 3 hissəyə kəsirik.  Öncə alt hissənin üzərini yaxşıca kremləyirik. 2-ci hissəni də döşəyib, yenidən kremləyirik. Sonuncu hissəni də qoyub, tortu soyuducuda 1 saat gözlədirik.

Südlü şokoladı su hamaında əridib, üzərinə bitki yağı əlavə edirik. Soyducudan çıxardığımız tortun hər tərəfini qlazurla örtürük. Tortun kənarlarını isə xırdalanmış araxislərlə bəzəyirik. Dadlı Snikers tortumuz hazırdır.

NUŞ OLSUN!


 13418716_260081727681209_9141297217526955163_n

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий