Soba paketində toyuq

Порций:   Время приготовления:
13479535_904113773068185_1780006076_n Sobada bişirdiyiniz toyuğun daha ləzzətli və yumşaq alınmağını istəyirsinizsə, onu paketdə hazırlaya bilərsiniz. Həm də, təqdim etdiyimiz reseptlə

Ərzaqlar:

  • 1 ədəd 1-1,5 kiloluq toyuq
  • 1 ədəd soba paketi
  • 1 çay qaşığı un
  • 1 xörək qaşığı limon suyu
  • 4 ədəd kartof
  • 3 ədəd yerkökü
Sous üçün:
  • 2 xörək qaşığı zeytun yağı
  • duz, kəklikotu, istiot, qırmızı şirin bibər tozu
  • 2 diş rəndələnmiş sarımsaq

 Hazırlanması:

Öncə, toyuğu yuyub qurulayırıq. Sous üçün vəsaitləri bir qabda qarışdırırıq.Toyuğun hər tərəfinə əvvəl limon suyunu, sonra da sousu yaxıb, 1 saat saxlayırıq. Soba paketinin içinə 1 çay qaşığı un səpib, toyuğu ehtiyatla paketin içinə yerləşdiririk. Kartof və yerkökünün qabıqlarını soyub dilimləyib yerdə qalan sousa bulayırıq. Tərəvəzləri soba paketinin içinə yerləşdirdikdən sonra paketin ucunu qıvıraraq bağlayırıq. Paketin üzərindən bir neçə yerindən iynəylə dəliklər açırıq, soba sinisinə qoyub, 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişiririk. Sobadan çıxardıb, paketin ağzını diqqətlə açırıq ki, buxarı əlimizi yandırmasın. Yenidən sobaya qoyub, üzəri qızarana qədər bişiririk. Qızaran toyuğu sobadan çıxardıb, yavaşca paketı açırıq. Sobada bişmiş ləzzətli toyuğu süfrəyə veririk. Nuş Olsun!
 
 
13473983_904113776401518_926812706_n13479535_904113773068185_1780006076_n
 
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий