Sobada badımcanlı küftə

Порций: 4 nəfərlik   Время приготовления: 2 saat

sobada badımcan küftəBu yemək türk mətbəxinin küftə növlərindən biridir. Bişirilmə qaydası asan, görünüş və dad etibarilə ilə möhtəşəmdir. Badımcanlı küftəni qonaqlarınız üçün də, hazırlaya bilərsiniz.

Tərkibi:

  • 150 qr qiymə ( quzu  və ya dana əti)
  • 2 baş soğan
  • 2 ədəd pomidor
  • 1 ədəd yaşıl bibər
  • duz, istiot
  • 2 ədəd iri badımcan
  • 4 diş sarmısaq
Sous üçün
  • 2 qaşıq tomat
  • 2 qaşıq bibər kürüsü ( bibər salçası)
  • 3 x/q bitki yağı
  • 1 stəkan isti su
  • duz, isiot

Hazırlanma qaydası:

1 Badımcanları qabıqlı, biraz qalın halqa formasında doğrayırıq. 30 dəqiqə duzlu suda saxlayırıq.

2 Bu müddət ərzində küftələri hazırlayırıq. Qiymənin üzərinə ətçəkən maşında xırdalanmış soğanı, ədviyyatları əlavə edib, qarışdırırıq. Yastı və yumuru formada küftələr hazırlayıb, 10 dəqiqə soyuducuda saxlayırıq.

3 Sousun hazırlanmasına keçək.  Salça, yağ və tomatı qarışdırıb, üzərinə isti suyu tökürük. Həll olanadək qarışdırıb, duz və istiotlayırıq.

4 İstəyə görə soba forması götürüb, içərisinə badımcan dilimləri və küftələri növbə ilə düzürük. Yaxşı olar ki küftə ilə badımcanı kənarda əlinizlə bir-birinə birləşdirib, sonra qaba düzəsiniz. Prosses tamamlandıqdan sonra, üzərinə doğranmış pomidor, bibər və sarmısağı düzüb, sousu əlavə edirik. Folqa ilə üzərini bağlayıb, 200 dərəcədə 1 saat bişiririk. 

5 Hazır xörəyi qatıqla süfrəyə verə bilərsiniz. NUŞ OLSUN!


küftəsousbadımcanbadımcan qatıqsobada badımcan küftə

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий