Sobada bişirilmiş qızıl balıq və kartof püresi

Порций: 4 nəfərlik   Время приготовления: 30 dəqiqə

12819111_461630484033142_1034770013_nAz kalorili və bol vitamin mənbəyi sayılan qızıl balığını sobada bişirəcəyik. Qarnir olaraq isə kartof püresi hazırlayacağıq.

Lazım olan ərzaqlar:

  • 8-9 ədəd orta ölçülü balıq dilimi
  • 1 ədəd limon
  • bir neçə ədəd dəfnə yarpağı
  • 1 ədəd qırmızı soğan
  • 5 x/q bitki yağı
Püre üçün
  • 6 ədəd kartof
  • 1 ədəd soğan
  • yarım stəkan süd
  • 3 x/q kərə yağı
  • sarıkök, duz, istiot

Hazırlanma qaydası:

Balığı şüşə soba qabına düzüb, duz və istiotlayırıq. Dilimlərin arasına limon parçası, dəfnə yarpağı düzürük. Üzərinə doğranmış soğan səpib, yağ əlavə edirik. Folqa ilə üzərini bağlayıb, 240 dərəcədə 25 dəqiqə bişiririk. Sonra folqanı çıxarıb, 5 dəqiqə də bişiririk.

Bu müddət ərzində adi qaydada püre hazırlayırıq. Karofları soyub, doğrayıb suda bişiririk. Qabığı soyulmuş soğanı da qazana atırıq. Bişdikdən sonra soğanı çıxarıb, kartofun suyunu süzürük. Üzərinə duz, istiot,sarıkök, kərə yağı və südü töküb ocağın üstündə yaxşıca əzirik. Püre hazırdır.

Hazır balıq və püreni zövqə görə bəzəyib, süfrəyə veririk. 

NUŞ OLSUN!


püre12819111_461630484033142_1034770013_n
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий