Sobada Brüssel kələmi və balıq qızartması

Порций: 8 nəfərlik   Время приготовления: 2 saat

Brussel kelemiƏziz dostlar, dietik və faydalı yeməklər silsiləsini davam etdiririk. Bugün 1001 dərdin dərmanı sayılan Brüssel kələmi haqda söz açacağıq. Bu tərəvəz kələmin bir növü sayılır. İlk dəfə Avropada, xüsusən Belçikanın paytaxtı Brüssel şəhərində becərildiyi üçün belə adlandırılıb. Brüssel kələmi xərçənglə mübarizədə ən faydalı bitgi hesab olunur. Eləcə də, mədə- bağırsaq, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Bundan əlavə orqanizmdəki piyləri parçalayaraq tez bir zamandan arzuolunmaz çəkinin itirilməsinə kömək edir.

Mən Brüssel kələmini ilk dəfə hazırladım. Müxtəlif xarici kulinar saytlara nəzər yetirdim, sonda bəyəndiyim bir resepti biraz da modifikasiya edib bişirməyə qərar verdim.

Bizə lazım olacaq ərzaqlar bunlardır:

  • 300 qr Brüssel kələmi
  • 10 ədəd göbələk
  • 1 ədəd kabak
  • 200 qr rəndələnmiş holland pendiri
  • Sous üçün
  • Yarım stəkan süd
  • 3 x/q qaymaq
  • 1 x/q un ( sərt pəhrizdəsinizsə yulaf unu istifadə edə bilərsiniz)
  • 1 x/q zeytun yağı
  • Duz,istiot

Hazırlama prosesi:

Öncə kələmləri yaxşı yuyub, bıçaqla iki hissəyə bölürük. Su ilə dolu qazanda bişiririk. Kələmlər yumuşalan kimi, süzüb götürürük. Eyni qayda ilə göbələkləri də təmizləyib, bişirib, doğrayırıq.

1 ədəd kabakın qabığını soyub, kiçik hissələrə ayırırıq.

Hər üç tərəvəzi növbə ilə soba qabına düzüb, duz və istiotlayırıq. Üzərinə süd, qaymaq, yağ və un qarışımından hazırlanmış sousu(sousu əvvəlcədən bişirməyə ehtiyac yoxdur, sobada bişəcək) əlavə edib, üstünü folqa ilə örtüb, 200°-də 20 dəqiqə bişiririk.

Vaxt tamam olduqdan sonra yeməyi sobadan çıxarıb, üstünə holland pendiri səpib, 10 dəqiqə də pendir əriyənədən sobada bişiririk. Çox dadlı, ən əsası son dərəcə faydalı yeməyimiz hazırdır.

Bu yeməyi istədiyiniz ət növü ilə süfrəyə verə bilərsiniz. Mən qızardılmış qırmızı balıqla yedim. Balığı yuyub, doğrayıb, duz və istiot səpdikdən sonra, zeytun yağında 10 dəqiqə ikitərəfli qızartdım. Həvəsiniz və vaxtınız varsa balıqla yemək üçün sous hazırlaya bilərsiniz. Bunun üçün 2 x/q zeytun yağı, 1 x/q limon suyu, pul bibər, bir çimdik duz, istədiyiniz göyərtinin qurusunu qarışdıramaq kifayətdir.

Nuş olsun!

20160106_234804-1_resized 20160106_235347_resized 20160106_235803-1_resized 20160106_235939_resized

20160107_002513-1_resized 20160107_002813-1_resized 20160107_000709_resized

20160107_160956_resized

  Brussel kelemi

Метки записи: ,
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий