Sobada bütöv bonfile

Порций:   Время приготовления:

bonfileMal ətindən dadlı Bonfile reseptini təqdim edirik.

Tərkibi:

  • 500 qr mal ətinin yumuşaq hissəsi
  • Duz ,istiot, kəklikotu
  • 1 ədəd kivi
  • bitki yaği

Hazırlanma qaydası:

Mal ətinin yumşaq hissəsini bütöv şəkildə yuyub qurudun. Duz , istiot , kəklikotu və xırda doğranmiş kivi, azca bitki yağı vurub soyuducuda bir gün saxlayın. 1 gün sonra əti soyuducudan çıxarın. Tavaya çox az bitki yağı töküb, ətin hər iki tərəfini çox saxlamamaq şərtilə qızardın. Ətin hər tərəfi az qızardıqdan sonra, əti folqaya büküb öncə 200-220 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sonra soba dərəcəsini 160-180-ə  endirib, 40 dəqiqə də bişirin. Əti az bişmiş xoşlayanlar 40 dəqiqə yox 20 dəqiqə bişirə bilərlər.

mal əti

Ət hazır olduqdan sonra, dilimlərə bölüb, müxtəlif souslarla süfrəyə verə bilərsiniz. Xatırladaq ki, Bütöv bonfile  öz suyunda bişən çox yumşaq və olduqca ləzzətli qəlyanaltıdır.

sobada bonfile12987221_1000588150036283_4339632330338103941_nbonfile

Nuş olsun!

Resept üçün Liza xanıma minnətdarıq.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий