Sobada Lülə kabab

Порций:   Время приготовления: 2 saat

Chopde LuleLülə kabab hazırlamaq üçün əlverişli şəraitiniz və manqalınız yoxdursa, təqdim etdiyimiz resept məhz Sizin üçündür.

Tərkibi:

  • 500 qram yağlı quzu əti
  • 2 baş soğan
  • 3 x.q süd
  • 1 x.q mayonez
  • 2 dilim çörəyin içi
  • duz, istiot, kəklikotu
  • 20 qram kərə yağı
  • 3 ədəd pomidor
  • 2 ədəd bibər
  • taxta soba çöpləri

Hazırlanma qaydası:

Əti, soğanı və islanmış çörəyin içini ətçəkən maşından keçiririk. Üzərinə süd, mayonez əlavə edirik. Duz, istiot kəklikotu da səpib əlimizlə qarışdırırıq. Hazır qarışımdan bir ovuc götürüb, arasına biraz kərə yağı qoyuruq. Əti lülə formasına salıb taxta soba çöplərinə keçiririk. Çöpün üzərində də lülələri əlimizlə səliqəyə salıb, şüşə soba qabına yan-yana qoyub, üzərinə biraz su əlavə edirik. Folqa ilə üstünü örtüb, sobada bişiririk. Bişdikdən sonra folqanı götürüb,hər iki tərəfinə nazik doğranmış bibər və pomidor dilimləri keçiririk. Yenidən sobaya qoyub , Lülə kababların hərtərəfi qızaranadək yenə bişiririk. Zövqə görə bəzəyib süfrəyə veririk.

NUŞ OLSUN! 


Chopde Lule

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий