Sobada quzu qabırğası

Порций:   Время приготовления: 80 deq

 

Quzu Gabirqasi 7Sobada bişirilən dadlı quzu qabırğası reseptini sizə təqdim edirik.

 

 

Ərzaqlar:

  • 1 kq quzu qabırğası
  • 2 baş soğan
  • 4 ədəd pomidor
  • 2 ədəd şirin bibər
  • 3 ədəd böyük ölçülü badımcan
  • 6 ədəd böyük ölçülü kartof
  • sarıkök, duz, istiot

Hazırlanma qaydası:

Öncə qabırğaların üzərinə  duz, istiot və sarıkök səpib, basdırma edirik.Həmçinin, tərəvəzləri doğrayıb, duz istiot və sarıköklə dadlandırırıq.

quzu gabirğasi 1

quzu gabirğasi 3

Soba sinisinə duru yağ əlavə edib, öncə qabırğa və kartofları düzürük.

quzu gabirğasi 2

Üzərinə doğranmış tərəvəzləri əlavə edirik.

quzu gabirğasi 4

Qabı  folqa ilə örtüb,  180 dərəcə isidilmiş sobada 1,5 saat bişiririk.

quzu gabirğasi 6

Daha sonra folqanı götürüb, ləzzətli yeməyimizi 10-15 dəqiqə də qızardırıq. Hazır xörəyi isti halda süfrəyə veririk.

quzu gabirğasi 7

  Nuş olsun! Resept üçün Lamiyə xanıma minnətdarıq.    
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий