Soda yoxsa Qabartma tozu?!

Порций:   Время приготовления:

Adətən şirniyyat və digər bişmələrin həcmli və yumşaq alınması üçün  soda və ya qabartma tozu istifadə edirik. Bəs onları bir-birindən fərqləndirən və bənzər cəhətlər hansılardır? Ümumiyyətlə xəmirə nə zaman və hansı şəkildə əlavə etməliyik? Bütün sualların cavabı məqaləmizdə.

Yadda saxlamaq lazımdır ki sodanı söndürmədən xəmirə əlavə etmək olmaz. Yoxsa təsirini görməyəcəksiniz. Odur ki, onu sirkədə söndürmək lazımdır. Çünki bu zaman baş verən kimyəvi reaksiya nəticəsində karbon dioksid qazı ayrılır ki, məhs onun sayəsində bişən xəmir yumşaq və həcmli alınır. Təcrübəli kulinarlar, sodanı quru (un, vanil, manna yarması, kakao və s), sirkəni isə maye(yağ, xama, qatıq və s.) ərzaqlara qatmağı tövsiyyə edirlər. Lakin miqdarı dəqiq bilmədən bu üsuldan istifadə etmək bəzən uğursuz ola bilər. Məsələn qeyri-peşəkar qənnadıçı 1 kq una nə qədər sirkə və soda istifadə edildiyini bilmir. Nəticədə ya bişən şirniyyat yetərincə şişmir, ya da sodanın xoşagəlməz dadı hiss olunur. Odur ki, bu üsul çoxumuz üçün əlverişli deyil. Qabartma tozu ilə isə belə problem yaşamırıq. Çünki bu toz, sodanın təkmilləşdirilmiş formasıdır. Bəs qabartma tozu haqda nə bilirik?  Onun tərkibi soda, un və limon duzundan ibarətdir. Əziz kulinarlar, ev şəraitində qabartma tozu hazırlamaq olduca asandır. Bu həm sərfəli, həm də zərərsiz məhsul deməkdir.

soda (1)

Bəzən istehsalçılar qabartma tozunun hazırlanmasında unu nişasta ilə əvəzləyirlər ki, məhsul daha uzunmüddətli olsun. Qabartma tozunun üstün cəhəti odur ki, soda və limon duzu lazımi vaxtda reaksiyaya girib, xəmirin həcmli və yumşaq alınmasına xidmət edirlər. Bu proses isə təbii ki, xəmir sobada isinən zaman baş verir.

Gəlin qabartma tozunu evdə hazırlamağa cəhd edək.

 

Bunun üçün bizə lazım olacaq:

  • 5 ç/q soda
  • 3 ç/q limon duzu
  • 12 ç/q un

Hazırlanması:

Bütün ərzaqları quru qabda qarışdırırıq. Qabı bir neçə dəfə silkələmək lazımdır ki, tozlar bir-birinə tam qarışsın. Bu qarışımı qapaqlı kiçik bankada saxlamaq olar. 

ooo

Bəzən şirniyyatların reseptində həm soda, həm də qabartma tozuna rast gəlsəniz təəccüblənməyin. Çünki, özünün də turşluğu olan məhsulları tamamlamaq üçün soda istifadə edilməlidir. Bu ərzaqlara kefir, qatıq, kəsmik, xama, meyvə və giləmeyvə şirələri, eləcə də bal daxildir.

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий