Sofi Lorendən gözəl və cavan qalmağın sirləri

Порций:   Время приготовления:

Əziz xanımlar, əfsanəvi italiyalı aktrisa, 82 yaşlı Sofi Lorenin gənc və gözəl qalmağıının sirlərini sizinlə bölüşürük.

Pozitiv əhval

Sofi Lorenin fikrincə cazibədarlığın ən başlıca sirri xoş əhval-ruhiyyədir. "Mən hər zaman pozitiv düşünməyə çalışıram. Məni çox nadir hallarda kədərli və bədbin görə bilərsiniz. Başqalarında xoş təəssürat oyatmaq istəyirsinizsə, həyatın hər anından zövq alaraq yaşayın. Çalışın ətrafınızda hər zaman sizi sevən, birgə vaxt keçirməkdən zövq aldığınız insanlar olsun. Hər birimizin həyatında problemlər var. Stress və həyəcandan kənar qaçmağa çalışın. Nə olursa olsun, öz qayğınıza qalın. Dincəlin, kitab oxuyun, günün batmasını seyr edin. Bir sözlə sizi xoşbəxt edəcək  ən xırda məqamdan belə, özünüzü məhrum etməyin"

1302363500_sophia-loren-10i_014

Özünəqulluq və baxımlılıq

"Tənbəllik gözəlliyin ilk düşmənidir." -milyonların gözəllik ilahəsi saydığı Lorenin bu fikri artıq aforizmə çevrilib.  Aktrisa düşünür ki, istənilən gənc və gözəl xanım baxımlı deyilsə, qısa zaman kəsiyində o əfsunkarlıqdan əsər-əlamət qalmayacaq. Əksinə adi görünüşlü bir xanım daim öz qeydinə qalarsa, tezliklə daha cazibəli və gözəl görünüşə malik olacaq. Lorenin ən çox istifadə etdiyi gözəllik vasitəsi zeytun yağıdır. Aktrisa bu yağı yeməklərdə istifadə etməklə qalmır, üz və bədən dərisinə də mütəmadi olaraq maska əvəzi çəkir. Onun fikrincə qadının yaşının üstünə yaş gəldikcə kosmetoloji prosedurlara daha çox önəm verməlidir. Lakin yaş artdıqca makiyajdan daha az istifadə etmək lazımdır. " Yaşını gizlətməyə çalışan qadınların üzündəki qalın makiyaj qatı onları gözəlləşdirmir, əksinə gülünc göstərir"

information_items_12195скачанные файлы (9)

Düzgün qidalanma

82 yaşlı gözəl aktrisa günü bugün də, ideal bədən ölçülərini qoruyub, saxlaya bilib.  Ən son " Dolce & Gabbana" brendinin reklam çarxıda çəkilən akrtisa etiraf edir ki, bu yaşınadək  heç bir dietaya ehtiyac duymayıb. Özünü ləzzətli yeməklərdən məhrum etməyib. O qeyd edir: " Yediyiniz qidalara diqqət yetirin.  Kökəlmək istəmirsinizsə, az-az və tez-tez yeyin.  Mən adətən günümə ağartı məhsulları ilə zəngin səhər yeməyi ilə başlayıram. Günüm doyumlu naharla davam edir. Şam yeməyimə isə azkalorili tərəvəz salatları, ət və meyvələr daxil edirəm. Buna baxmayaraq dadlı şirniyyatları da çox sevirəm və həftənin bir-iki günü məmnuniyyətlə yeyirəm. İdeal bədən quruluşuma görə həmçinin fəal həyat tərzimə borcluyam"  

скачанные файлы (10)скачанные файлы (8)

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий