Şokoladlı albalı tortu

Порций: 14 dilim   Время приготовления: 2 saat
FB_IMG_1463761242199 Şokolad və albalıdan ləzzətli tort hazırlayırıq.
 
 

Tərkibi:

Biskvit üçün:
  • 4 yumurta
  • 2 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • 1 stəkan duru yağ
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 2,5 stəkan un
  • 3 dolu xörək qaşığı kakao
Qanaj kremi üçün:
  • 300 qr şokolad (zövqə görə südlü və ya tünd )
  • 2 paket qaymaq
Arası üçün:
  • 1 stəkan dondurulmuş və ya təzə albalı

Hazırlanması:

Yumurta və şəkər tozunu bir qabda yaxşıca qarışdırıb, içinə süd və duru yağı əlavə edin. Yenidən qarışdırıb,  un, qabartma tozu və vanili, qarışımın üzərinə ələyərək, ehtiyatla qarışdırın. Yağlanmış soba sinisinə töküb, 170 dərəcə qızdırılmış sobada bişirin.

Qanaj üçün şokoladı bıçaqla xırdalayın. Dərin bir qaba xırdalanmış şokoladı tökün.Qaymağı ocaqda isidib, altını söndürün. İsti qaymağı şokoladların üzərinə töküb şokolad əriyənədək yaxşıca qarışdırın. Kremi otaq temperaturunda vaxt aşırı qarışdıraraq, soyudun.

FB_IMG_1463761233905

Bişən biskviti 4 və ya 5 laylara bölün.

FB_IMG_1463761221358

Bir keksi qaba qoyub üzərinə qanaj kremindən sürtün.Arasına bir neçə albalı səpin. Bütün qatlarını eyni şəkildə üst-üstə düzün. Qalan kremi tortun üzərinə və kənarlanına yaxın. 2-3 saat gözlətdikdən sonra, Şokoladlı albalı tortunu süfrəyə verə bilərsiniz.

FB_IMG_1463761370076

Nuş Olsun ...

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий