Şokoladlı, çiyələkli tort

Порций:   Время приготовления:
şokoladlı çiyələkli tortŞokolad və çiyələyin ləzzətli vəhdətini sevənlər üçün, Şokoladlı, çiyələkli tort reseptini təqdim edirik.

Tərkibi:

Biskvit üçün
  • 5 ədəd yumurta
  • 1 stəkan un
  • 1 stəkan şəkər tozu
  • 2 x/q kakao
  • 1 ç/q qabartma tozu
  • 1 ç/q vanil
Krem üçün
  • 300 qr kərə yağı
  • 1 qab qatılaşdırılmış süd

Hazırlanma qaydası:

5 yumurtaya 1 st şəkər tozunu az-az tökərək, qarışım köpüb, 2-3 qədərinə qalxanadək mikserlə qarışdırın.1 st unun üstündən 2 x/q un götürüb, yerinə 2 x/q kakao töküb, bir neçə dəfə ələyin. Qabartma tozu və vanili də qarışdırıb, una əlavə edin. Kakaolu  unu yavaş-yavaş kütləyə əlavə edib, taxta qaşıqla ehtiyatla qarışdırın. Xəmiri, yağlıkağız sərilmiş biskvit qabına töküb, 180 dərəcədə qızdırılmış  sobada, 30 dəqiqə bişirin. Biskviti soyumağa qoyun.

Yumuşaldılmış kərə yağını mikserlə çaldıqdan sonra, üzərinə qatılaşdırılmış süd tökün. Krem halına gələnədək qarışdırmağa davam edin.

Soyumuş biskviti 3 yerə bölüb, aralarına krem çəkib, çiyələk dilimləri qoyub, üst-üstə yığın. Tortun üstünə istifadə etdiyiniz kremə bir miqdar kakao əlavə edə bilərsiniz. Sonra tortun üzərini doğranmış çiyələklə bəzəyin. Üzərin əsürtgəcdən keçirilmiş şokolad səpin. Bir neçə saat gözlətdikdən sonra Şokoladlı, çiyələkli tortu çay və ya qəhvə ilə süfrəyə verin.

1425595_842109615884138_7531695606256318532_n (1)

Nuş olsun!

Resept üçün Liza xanıma minnətdarıq.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий