Şokoladlı donut (ponçik)

Порций:   Время приготовления:

13565457_909637199182509_448390858_nƏziz kulinarlar, sadə ponçik resepti ilə artıq Sizi tanış etmişik. Bugün isə, son zamanların çox məşhur şirniyyat növünə çevrilən  "Şokoladlı ponçik(donut)" reseptinı təqdim edəcəyik.

Tərkibi:

  • 1 stəkan ilıq süd
  • 1 stəkan ilıq su
  • 1 stəkan duru yağ
  • 150 qr otaq temperaturunda yumuşadılmış marqarin və ya kərə yağı
  • 1 stəkan şəkər tozu
  • 1 çimdik duz
  • 1 paket  maya
  • apardığı qədər un
Şokolad sousu üçün:
  • yarım stəkan un
  • yarım stəkan kakao
  • 1 stəkan şəkər tozu
  • 2 stəkan süd
  • 2 xörək qaşığı duru  yağ

Hazırlanması:

Bir qabda maya, şəkər tozu və ilıq suyu qarışdıraraq, mayanı və şəkər tozunu əridin. Sonra yumşaq marqarini (kərə yağı da olar), maye yağı, südü və duzu töküb, az-az un əlavə edərək yoğurmağa başlayın. Qoğal xəmirinə bənzər  xəmir alınmalıdır. Xəmiri otaq temperaturunda 1 saat  mayalanmağa qoyun. Mayalanan xəmirdən bir kündə qoparıb, dəzgahın üzərinə un səpərək, oxlovla açın və su stəkanı və ya bir xəmir qəlibiylə kəsib, daha sonra kiçik bir qəliblə ortasını kəsərək,  dəlikli dairələr əldə edin. Xəmirləri ehtiyatla yağlı kağız sərdiyiniz soba sinisinə yerləşdirib, 20 dəqiqə gözlədin. Qabaran xəmirləri əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin. Dairələr bişərkən, şokolad sousunu hazırlayın. Geniş bir qazana un,kakao, şəkər tozu və südü töküb çırpma teli ilə çırpın. Qazanı ocağa qoyub dayanmadan qarışdıraraq 4-5 dəqiqə bişirin. Ocaqdan götürüb 2 xörək qaşığı duru yağ əlavə edərək soyumağa qoyun. Bişən dairələri sobadan çıxarıb soyutduqdan sonra  bir tərəflərini hazırladığınız şokolad sousuna bulayıb, kənarda 5-10 dəqiqə gözlədin. Hazır donutların üzərini zövqə görə bəzəyib, süfrəyə verə bilərsiniz. Hətta şokoladlı qlazuru digər rəngli kremlərlə əvəzləmək olar.

Nuş olsun!


13565457_909637199182509_448390858_n13563442_909636925849203_817575314_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий