Şokoladlı, gilaslı klafuti

Порций:   Время приготовления:

klafutiPudinq, piroq və giləmeyvə dadını özündə cəmləşdirən klassik fransız deserti Klafuti. Az ərzaqdan hazırlanan bu asan şirniyyatla süfrələrinizi bəzəyin.

Ərzaqlar:

  • 3 ədəd yumurta
  • 120 qr şəkər tozu
  • 80 qr un
  • 50 qr kakao
  • 300 ml süd
  • 1 limonun qabığı
  • 1 stəkan gilas( istənilən giləmeyvə olar)
  • 2 ç/q şəkər kirşanı
  • 1 ç/q kərə yağı

Hazırlanması:

Limon qabığını rəndələyib,  yumurtaları üstünə çırparaq, qarışdırın. Sonra un, kakao, şəkər tozu, südü də əlavə edib, mikserlə çalın. Blinçik xəmiri kimi duru xəmir alınacaq. Narahat olmayın, belə də olmalıdır.  

klafuti2

16 sm ölçülü şüşə qabın hər tərəfini yağlayıb, dibinə çəyirdəyindən təmizlənmiş gilasları səpin. Dondurulmuş giləmeyvələr istifadə edəcəksinizsə, öncə buzunun əriməsini gözləməlisiniz. Xəmiri ehtiyatla giləmeyvənin üstünə tökün.

klafuti1

Klafutini 50 dəqiqə 180 dərəcə isidilmiş sobada bişirin. Desert soyuduqdan sonra soba qabından çıxarıb, doğrayın. Üzərini zövqə görə şəkər kirşanı və gilasla bəzəyin.

NUŞ OLSUN!

klafuti

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий