Şorqoğal

Порций: 20 ədəd   Время приготовления: 5 saat

ŞORQOĞALNovruz süfrələrimizin vazkeçilməz təamı sayılan Şorqoğal hazırlayırıq. Təqdim edəcəyimiz reseptə əməl etsəniz, zəhmətiniz hədər getməyəcək,  qoğallarıız olduqca ləzzətli alınacaq. Bu həmçinin ən dəqiq Şorqoğal reseptidir.

Şorqoğal hazırlamaq üçün bizə lazim olacaq ərzaqlar:

Xəmir üçün:
  • 1 kq un
  • 2 ədəd yumurta
  • 3 stəkan süd
  • 1x/q duz
  • 2 x/q sarıkök
  • 1 ç/q quru maya
İçlik üçün
  • 2 stəkan un
  • 12 x/q əridilmiş kərə yağı
  •  ç/q duz
  • yarım çay qaşığı istiot
  • 1 x/q sarıkök
  • 2 x/q razyana
  • 2 ç/q cirə
Üzəri üçün
  • yumurta sarısı
  • xaş-xaş və ya razyana
Yağlamaq üçün
  • 450 qr əridilmiş kərə yağı

Hazırlanma qaydası:

1. Öncə xəmiri hazırlayırıq. Mayanı 1 stəkana töküb, üzərinə 3 x/q ilıq süd əlavə edirik.10 dəqiqə köpüklənənədək gözləyirik. 3 stəkan südü qazana töküb, ilıq olanadək ocağın üzərində saxlayırıq. İlıqlanmış südü ocaqdan götürüb, üzərinə sarıkök əlavə edib, qarışdırırıq. 1 kq unu iri bir qaba ələyib, üzərinə mayanı, duzu, yumurtanı və 2 stəkan südü töküb, xəmir yoğururuq. Ehtiyac olarsa, yenə süd əlavə edirik.  Yumuşaq xəmir əldə edənədək yoğururuq. Üzərinə sellofan çəkib, odealla örtürük. 2 saat ərzində xəmirin acımasını gözləyirik.

2. Xəmirin hazır olmasını gözlədiyimiz müddətdə içlik hazırlayırıq. Unu isti tavaya töküb, ocağın üzərində durmadan qarışdırırıq. Un qızılı rəng alanda ocaqdan çəkib, başqa qaba tökürük. 10 dəqiqədə soyuduqdan sonra, içərisinə cirə, sarıkök, duz, istiot səpib, qarışdırırıq. Əridilmiş yağı da töküb, qarışdırırıq. İçlik  hazırdır.

3.  Vaxt tamam olandan sonra, xəmiri kündələyib yaymağa başlayırıq. Çox yumuşaq və gözoxşayan xəmir alınır. 14 kündəyə bölüb, üzərini sellofanla örtürük ki qurumasın. Kənarda yağ əridirik. Kündələri bir, bir unlayıb, oxlovla çox nazik şəkildə yayırıq. Hər bir kündəni yaydıqdan sonra, üzərini yağlayırıq. Növbə ilə kündələri yayıb, yağlayıb, üst-üstə qoyuruq. Daha rahat olması üçün yaydığınız lavaşları digərinin üzərinə qoyarkən, kənarlarını dartıb uzada bilərsiniz. Sonda isə şəkildəki formada kəsirik. Kəsdiyimiz hissələri, rulon formasında büküb, içərisində alimizə deşik açırıq. İçliyi qoyub, bərkidirik. Əlimizlə qoğalları sıxıb, yastı və yumuru formaya salırıq. Qoğalları hazırladıqca üzərini sellofanla örtürük. Sonra üstünə yumurta çəkib, xaş-xaş və ya razyana səpib, 200 dərəcədə üzü qızaranadək bişiririk. 

NUŞ OLSUN!


SÜDUNXƏMİRXƏMİR1KÜNDƏKƏSİLMİŞ XƏMİRİÇLİKIMG_20160218_022512-1_resized

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий