Sosisli kartoflu kroket

Порций:   Время приготовления:

Əziz analar, məktəbdən ac qayıdan balacalarınızı naharda sevindirin.

kroket

Tərkibi:

  •  900 qr kartof
  • 1 çay qaşığı duz
  • 1 stəkan rəndələnmiş parmesan pendiri
  • 2 xörək qaşığı un
  • 2 xörək qaşığı suxari tozu
  • 1 qaşıq kəklikotu(zövqə görə)
  • duz istiot
  • 2-3 ədəd sosis
Üzəri üçün:
  • suxari tozu
Qızartmaq üçün:
  • duru yağ

Hazırlanması:

Öncə kartofları bişirib, soyun. Soyuyan kartofları bir qaba rəndələyin,üzərinə rəndələnmiş parmesan pendiri, un, suxari tozu, kəklikotu, duz və istiot əlavə edib yaxşıca qarışdırın. Sosiskaları 2-3 sm uzunluqda dilimləyin. Püredən qozdan böyük parça qoparıb ortasını açın, içinə sosiska dilimi qoyub kotlet forması verin. Suxari tozuna bulayıb yağlı tavada qızardın.

Nuş olsun!


kroket1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий