“Spagetti” qurabiyəsi

Порций:   Время приготовления: 1,5 saat

13607750_1196976187001381_1947796330_nBir zamanlar analarımızın xəmirini ətçəkən maşından keçirib, bişirdikləri Spagetti qurabiyələrin resepti bizdə.

Lazım olan ərzaqlar:

  • 3 ədəd yumurta
  • 200 qr kərə yağı
  • 1 stəkan şəkər tozu
  • 3-3,5 stəkan un
  • 1 paket vanil
  • yarım ç/q qabartma tozu

Hazırlanma qaydası:

Yumurtaları şəkər tozu ilə mikserlə çalın. Üzərinə yumşaldılmış kərə yağın əlavə edib, qarışdırmağa davam edin. Vanil, qabartma tozu və unu da qarışıma ələyib, ələ yapıçmayan xəmir yoğurun.  Xəmiri 3 kündəyə bölüb, yarın saat soyuducuda saxlayın. Daha sonra kündələri ətçəkən maşından keçirib, kvadrat və ya düzbucaqlı formasında kəsin. Qurabiyələri perqamet kağızı sərilmiş soba sinisinə düzüb, 180 dərəcədə 20 dəqiqə bişirin. Qurabiyələrin üzəri qızarmamalıdır. Bişdikdən sonra üstünə şəkər kirşanı səpib, süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!

Resept üçün Sabina Ağayevaya minnətdarıq.


13606631_1651372841852446_2760098097290628603_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий