Stalik Xankişiyevdən Badımcan ləvəngisi

Порций: 10 ədəd ləvəngi   Время приготовления: 4 saat

1085611_originalCənub bölgəmizin ləzzətli Badımcan ləvəngisinin hazırlanma qaydası milyonların sevimli aşpazı Stalik Xankişiyevin izahlı reseptində. Məşhur kulinar qeyd edir ki, bu yeməyi ilk dəfə Lənkəranda yeyib və dadını çox bəyənib. Həmçinin bu ləvəngini hazırlamaq üçün kiçik ölçülü badımcan istifadə etmək lazımdır.

Ərzaqlar:

  • 10 ədəd kiçik ölçülü badımcan
  • 3 x/q palçıq turşu (yoxursa lavaşananı qaynar suda saxlayıb istifadə etmək olar)
  • 6-7 baş qırmızı soğan
  • 250 qr qoz ləpəsi
  • 2 x/q əridilmiş kərə yağı

Hazırlanması:

Öncə badımcanların saplağını kəsib, ortasını uzununa bıçaqla kəsirik. 10 dəqiqə qaynatdıqdan sonra,badımcanların üzərinə ağır bir şey qoyub, suyunu tam çıxarmasını təmin edirik. Bu müddətdə içlik hazırlayırıq. Soğanların qabığını təmizləyib, ətçəkən maşından keçıririk. Suyunu tam süzmədən( aşpaz hesab edir ki,badımcandan ferqli olaraq soğanın suyunu tam süzmək lazım deyil, çünki az miqdarda soğan suyu ləvəngiyə xüsusi dad verir) ya əridilmiş kərə yağında rəngi tündləşənədək qovururuq. Sonra üzərinə ətçəkən maşından keçirilmiş qoz və palçıq turşu əlavə edib, yaxşıca qarışdırırıq. Zövqə görə duz və istiotlayırıq. Əgər çox qatıdırsa bir az yağ, durudursa qoz ovuntusu əlavə etmək olar.

1087256_original

Badımcanları içliklə doldurduqdan, sonra keramik və ya şüşə soba qabının dibini biraz yağlayıb, badımcanları düzürük.

3482093_original

150 dərəcədə 1 saat sonra isə 100 dərəcədə badımcanlar tam tündləşənədək  bişiririk. Bu ləvənginin möcüzəvi dadını hələ uzun müddət unutmayacaqsınız.

3481389_original

NUŞ OLSUN!

Mənbə: stalic.livejournal.com

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий