Süd çörəyi

Порций:   Время приготовления:

13592186_1651380481851682_1907304359246401474_nDadlı və yumşaq süd çörəyi resepti

Lazım olan ərzaqlar:

  • 1 ədəd yumurta
  • 2oo qr əridilmiş kərə yağı
  • 2,5 stəkan süd
  • 1 ç/q quru maya
  • 1 stəkan şəkər tozu
  • vanil
  • 1 ç/q sarıkök
  • təxmini 7 stəkan un

Hazırlanma qaydası:

Öncə 1 stəkan  ilıq südə maya, 1 çimdik duz, 1 x/q şəkər tozu əlavə edilib, isti yerə qoyulur.  Qalan süd də isidilib bir qaba tökülür, üzərinə əridlib soyudulmuş kərə yağı, yumurta, şəkər tozu, sarıkök əlavə edilib, qarışdırılır. Ələnmiş un yavaş-yavaş kütləyə səpilərək, ələyapışan xəmir yoğrulur. Xəmirin üzərinə təmiz dəsmal və qalın odeal örtülüb, 1 saat isti yerdə saxlanılır. Sonra xəmir  yenidən yoğrulub, 1 saat da gözlədilir. Vaxt tamam olanda xəmir kündələrə ayrılır.  Kündələr birazca əllə yayılıb, üzərinə çəngəllə naxışlar çəkilir. Üstünə yumurta sarısı çəkilib, 200 dərəcə isidilmiş sobada qızaranadək bişirilir.

NUŞ OLSUN!


13599886_1651381291851601_2986181635111887792_n

Resept üçün Sabina Ağayevaya minnətdarıq.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий