Südü bişirərkən çürütməməyin əsas sirləri

Порций:   Время приготовления:

Deyirlər mətbəxdə ən çox iki şeyə diqqət etmək lazımdır: 1 südü bişirərkən çürütməmək, 2 soğanı qovurarkən yandırmamaq.

Bugun sizə südü bişirərkən çürütməməyin qızıl qaydalarından bəhs edəcəyik.

I Sirr

Ümumiyyətlə südü alumin qabda, orta odda qaynatmaq lazımdır. Yüksək odda bişirilən südün yanmaq ehtimalı böyükdür. 

sud1

 

II Sirr

Südü  qazana tam deyil,  yarıyadək tökün. Süd bişən müddətdə daim qarışdırmaq lazımdır ki, üzərində köpüklər yaranmasın.

sud

III Sirr

Südü qaynadacağınız qazanın içərisini soyuq su ilə yaxalayın. Lakin silib, qurulamayın. Çünki, süd nəinki yana, hətta çürüyə bilər.

sud2

IV Sirr

Qazanın dibinə üzüaşağı qoyulmuş kiçik boşqab yerləşdirin, sonra südü töküb, ocaqda bişirin.  Bu zaman südün üzərində köpük yaranması və sürətli qaynama prossesi dayanacaq. Süd qızdıqca qazanın dibindən boşqabın səsini eşidəcəksiniz ki, məhz buna görə də süd çürüməyəcək.

sud4

V Sirr

Südün içinə 1 ədəd qənd atıb, qazanın qapağını bağlayıb, qaynadan zaman da süd çürümür.  Lakin bu zaman südü ən gec 3 dəqiqədən bir qarışdırmaq lazımdır.

sud5

VI Sirr

Maraqlı üsullardan biri də südü  kərə yağı ilə qaynatmaqdır. Belə ki, qazanın divarlarını yağlayıb, sonra südü töküb, bişirən zaman yağ nazik qat  formalaşdırır ki, bu da südün həmin qatdan yuxarı qalxmasının qarşısını alır.

sud6

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий