Sütlaç

Порций:   Время приготовления:

13393432_1178808122150253_780587414_nMəşhur türk deserti Sütlaçı yemək üçün hər zaman bəhanə tapılar.

Tərkibi:

  •  5 stəkan süd
  • 1 stəkan şəkər tozu
  • 3 xörək qaşığı qaynadılmış düyü
  • 1 ədəd yumurta sarısı
  • 1,5 xörək qaşığı buğda nişastası
  • 1 stəkan su
  • 1 ədəd çubuq vanil(istəyə görə vanil tozu)

 Hazırlanması:

Soyuq südü və şəkər tozu geniş bir qazana tökün. Çırpıcıyla şəkər tozu əriyənə qədər qarışdırdıqdan sonra zəif ocaqda qaynamağa qoyun. Qaynadıqdan sonra üzərinə vanil əlavə edin. Bol suda yuduğunuz düyüləri ayrı bir qazanda, zəif odda suyunu çəkənə qədər qaynadın.  Qaynadılmış düyünü də südə əlavə edin.Arabir qarışdıraraq bişirin. Yumurta sarısını, buğda nişastası və suyu bir qabda hamar bir kütlə halına gələnədək qarışdırın. Hazırladığınız yumurta sarılı qarışığı qazana az-az töküb, sürətlə qarışdırın. Sütlaçı oda davamlı kiçik soba qablarına bərabər ölçüdə boşaldın. Dərin bir soba sinisinə aralıqlarla düzüb, sinin içərisinə qabların yarısına gələcək qədər soyuq su töküb, 200 dərəcə qızdırılnış sobada 12-15 dəqiqə qədər bişirin. Sobadan çıxardığınız sütlaçları otaq istiliyində soyutduqdan sonra soyuducuya qoyun. Soyuyan sütlaçları sevdiklərinizlə paylaşın.

NUŞ OLSUN!


13393432_1178808122150253_780587414_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий