Tahir Əmiraslanov haqqında

Порций:   Время приготовления:

13062452_10209067091303576_2664452770328136325_nQəhrəmanımız Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, "Kulina" jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi,tarix elmləri üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovdur. Tahir bəy artıq uzun illərdir Azərbaycan mətbəxi, folkloru bütövlükdə mədəniyyətinin dünya çapında təbliği və inkişafı yolunda durmadan çalışır. Məhz onun səyi nəticəsində Azərbaycan sabiq SSRİ məkanından və türk dünyasından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə qəbul edilən ilk və yeganə ölkədir. Məşhur kulinar bir neçə kitabın, o cümlədən Azərbaycanın ilk Kulinariya ensiklopediyasının müəllifidir. 1998-ci ildən bəri vətənimizi dünya yarışlarının münsiflər heyətində təmsil edir.

Ölkəmizin baş kulinarının təqdirəlayiq keyfiyyətlərindən biri də, mənfur qonşularımızın bu sahədə fasiləsiz oğurluq cəhdlərini elmi və tarixi faktlarla layiqincə cavablandırmasıdır. Milli Mətbəx mədəniyyətimizin hərtərəfli tədqiqatı ilə məşğul olan Əməkdar mədəniyyət işçisi T. Əmiraslanov bu sahədə ermənilərin qarşısını almağa nail olmuş yeganə mütəxəssisimizdir. Onun əməyi nəticəsində Ermənistan dövləti dünyanın kulinariya sahəsində keçirilən çempionatlara, elmi konfranslara, olimpiadalara dəvət edilmir, dünya təşkilatlarına üzv ola bilmir və bu sahədəki dünyəvi proseslərdən təcrid olunur. Milli mətbəximizə dair yazdığı və bir çox dillərə tərcümə edilən məqalələri buna nümunədir.

13076648_10209065349180024_6725381214914834178_n13177313_1017296938349182_5174351783653080465_n

Tahir müəllim qeyd edir ki, hər bir xalqın kimliyini dil, mətbəx və folklor formalaşdırır. Dövlətçiliyi güclü olmayan xalqın zəngin mətbəxi ola bilməz. Əgər bir ölkədə saray olubsa, oranın mütləq aşpazlıq məktəbi və mətbəxə dair ədəbiyyatları olub. Çağdaş dövrümüzə gəlib çatmış çeşidbəçeşid xörək, şirniyyat növləri xalqımızın qədim və qürürverici tarixinə bariz sübutdur.  Erməni ədəbiyyatında isə ilk kulinariya kitabı 17-20-ci əsrə təsadüf edir ki, bura da cəmi 16 xörək adı daxil olunmuşdur. Sərhəd tanımayan erməni səriştəsizliyi nəticəsində bəzi saxta kulinariya kitablarında yer alan bütün yemək reseptlərində çox sevdikləri "donuz əti"ndən deyil quzu ətindən istifadə edilir.

Əməkdar mədəniyyət işçisi son zamanlar sosial şəbəkələrdə yayılan Erməni yeməyi Bozbaş yazılmış fotoşəkil haqda da danışdı. Ət  suda bişdikcə hər ikisinin rəngi dəyişərək boz rəngə çalır. Bozbaş, boz pört, bozartma və s. adlar da buradan gəlir. Erməni dilində isə boz sözü dilimizə tərcümədə "əxlaqsız qadın" deməkdir. Düşünürəm ki heç bir özünəhörmət edən xalq milli xörəyini əxlaqsız qadının adi ilə bağlamaq istəməz.

Baş kulinarın fikrincə milli mətbəximizin yad əllərə keçməməsi üçün ölkə xaricində müxtəlif tədbirlər keçirilməli,zəngin mədəniyyətimiz yetərincə təbliğ olunmalıdır. Bu işdə isə əsas məsuliyyət digər ölkələrdə yaşayan iş adamları və diasporlarımızın üzərinə düşür. Gec olmadan milli dəyərlərimizə sahib çıxmaq vacibdir.

10968558_10205827695280700_8388939959090249149_n

T. Əmiraslanov AMKM-nin təşəbbüsü ilə iyul ayının 1-də keçiriləcək "Dolma festivalı"ndan da bəhs etdi. Ölkəmizin bütün bölgələrinin iştirak edəcəyi bu bayramda, 300-dən çox dolma növü nümayiş etdiriləcək. Bu siyahıya Limon dolmasından tutmuş, ispanaq dolmasına qədər zəngin və heç vaxt eşitmədiyimiz dolma çeşidləri aiddir. Ölkəmizdə ilk dəfə keçiriləcək Dolma festivalı hər bir azərbaycanlı üçün əlamətdar hadisə sayılmalıdır.

13239179_1125010950873601_895884261209714507_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий